Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycanın bu yolu bağlaması Rusiya üçün gözlənilməz idi” – “Putin bir daha göstərdi ki...”

Tarix 28.08.21, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə günlərində Rusiya Prezidenti Vladimir Putinə az qala hər gün zəng edir, Azərbaycanı dayandırmaq üçün ona yalvarırdı. İndi isə tərsinə, Putin Paşinyana zəng edib sərhəddəki vəziyyəti onunla müzakirə edib”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Gorus-Qafan yolunda baş verən hadisələrə Rusiya və Ermənistanın reaksiyasını şərh edərkən bildirib.

Ekspert əlavə edir ki, Putin sərhəddə baş verənlər barədə səhih məlumatlara malikdir, ancaq Paşinyana zəng etməklə yenə hamıya mesaj göndərib ki, Rusiya prosesə nəzarət edir.

“Azərbaycan sərhədçiləri yolu kəsdikdə ermənilərin köməyinə yeni rusiyalı hərbçilər çatdılar, danışıqlar məhz onlarla aparıldı və yol açıldı. Bundan sonra da Putinin Paşinyana zəngi onu göstərir ki, bu problem də Rusiyanın vasitəçiliyi ilə həll olundu”,- deyə politoloq qeyd edib.


E.Şahinoğlu buna baxmayaraq, Azərbaycan sərhədçilərinin yolu bağlamasının Kreml üçün gözlənilməz olduğunu söyləyib: “Əslində Gorus-Qafqan yolunun uzun müddət açıq qalması Kremlin Bakıdan xahişi idi. Ancaq ermənilər sərhədçimizi yaraladığına görə yol Bakıdan verilən qərarla qapadıldı. Yol açılsa da, Azərbaycan maraqlı tərəflərə - Ermənistana, Rusiyaya və həmin yoldan istifadə edən İrana bu səpgili mesaj yolladı: Yol Azərbaycanın nəzarətindədir və istənilən zaman yenə qapada bilərik”.

Politoloqun sözlərinə görə, son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq etmək üçün güclü alətdir.

“Məhz bunun nəticəsində Paşinyan parlamentdə son çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən erməni toponomik adlarına deyil, Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını bildirib. Bu istədiyimiz müsbət nəticələri əldə etmək üçün qarşı tərəfə təzyiq siyasətinin davamının vacibliyini göstərir”, - deyə E.Şahinoğlu vurğulayıb.





Xəbərin oxunma sayı : 919




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap