Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var“ - Rövşən Nəcəf

Tarix 02.06.22, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var və hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"Amma artan tələbatı bu layihə qarşılamaq iqtidarında deyil, ancaq biz də bununla bağlı işlər aparırıq", - R. Nəcəf qeyd edib.

SOCAR rəsmisi əlavə edib ki, qaz layihələrinin reallaşdırılması üçün maliyyə institutları ilə əməkdaşlıq artırılmalıdır:

"Biz tərəfdaşlarımızla Xəzər dənizinin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparırıq. Təbii ki, biz bunu qaydalar çərçivəsində və sıfır karbon emissiyası şərtləri ilə reallaşdırmaq istəyirik.
Ətraflı

SOCAR enerji şirkəti olaraq orta və uzunmüddətli enerjiyə olan tələbatı qarşılamaq üçün fəaliyyət göstərir. Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq. Hansı ki, bunun da üstünlükləri var. Onlardan biri də karbon emissiyasının azaldılmasıdır".

O hesab edir ki, hələ bir neçə illər neft və qaza olan tələbat sabit olaraq qalacaq: "Neft-qaz proseslərində ekoloji məsələlərə əməl edilməlidir. Təəssüf ki, qaz sektoru son illər investisiya azlığı ilə üzləşir, amma bunu inkişaf etdirmək lazımdır. Azərbaycan da qaz ixracatçısıdır".

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.



Xəbərin oxunma sayı : 1024




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap