Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycanın xaricə satmağa 300 milyard kubmetr qaz ehtiyatı var” – “Total” niyə vədinə əməl etmir?

Tarix 25.07.22, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban iyulun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin imzaladığı enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu şərh edib.

Ekspert “pressklub.az”-a bildirib ki, rəsmi Bakının qaz strategiyasını anlamaq üçün əvvəlcə son illər Azərbaycan Prezidentinin qaz məsələsində hansı məsələləri qabartmasına, ümumiyyətlə, çıxışlarında irəli sürdüyü əsas tezislərə diqqət çəkməyə ehtiyac var: “Birincisi, Prezident vurğulayırdı ki, Avropada satmaq üçün “Şahdəniz-2” layihəsindən başqa əlavə qaz həcmləri var. Həqiqətən də var, bu, 2011-ci ildə açılmış, Azərbaycanda ikinci ən böyük qaz yatağı olan ”Abşeron-2”dir. Onun 350 milyard kub metr çıxarıla bilən ehtiyatları mövcuddur. Bu həcmin də ildə 1.5 milyard kubmetr olmaqla, təxminən 50 milyard kubmetri ölkənin daxili bazarlarında satılmaq üçün nəzərdə tutulub. Deməli, xarici bazarlar üçün 300 milyard kubmetr təsdiqlənmiş qaz ehtiyatları var.

Bundan əlavə, Azərbaycanda “Babək” hələ yatağa çevrilməmiş ehtiyatdır, amma onun “Ümid”lə eyni struktura malik olması ona dəlalət edir ki, kapital qoyuluşundan sonra “Ümid”dən də böyük qaz yatağının açılması ehtimalı çox böyükdür.

İkincisi, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarında – 4 min metrdən aşağı səviyyələrdə olan qaz layları var. İndi həmin yataqdan hasil olunan səmt qazıdır. Bu, neftlə birlikdə hasil edilir, amma ondan əlavə həmin blokda daha dərinlikdə qaz layları var. Onların bazara çıxarılması üçün həm investorlarla, həm də alıcılarla yeni müqavilələr imzalanmalıdır”.

İlham Şaban əlavə edir ki, Azərbaycanda bundan başqa bir neçə yataq da mövcuddur, orada böyük həcmdə olmasa da qaz ehtiyatları var. Həcmə gəlincə, ekspert qeyd edir ki, çıxarıla bilinən ehtiyatlar 20-50 milyard kubmetrə qədər qiymətləndirilir, onları heç xarici bazarlar üçün nəzərdə tutmasaq belə, daxili istehlak üçün xeyli müddətə kifayətdir: “Biz o məqamı gözləyirdik ki, Avropa bizdən nə qədər qaz ala bilər. Onlar 18 iyulda bu rəqəmi açıqladılar – ildə əlavə 10 milyard kubmetr. Bu həcmi bizdən gözləyirlər və öhdəlik götürürlər”.

Mərkəz rəhbərinin sözlərinə görə, Prezidentin Qərbdəki istehlakçılara çatdırmaq istədiyi ikinci məqam ondan ibarətdir ki, əlavə həcmləri əldə etmək üçün ilk növbədə hasilatçılar əmin olmalıdır. Ki, kapital qoyuluşu edə bilsinlər: “İkincisi, çıxaracaqları qazı istehlakçılara çatdırmaq üçün mövcud olan infrastruktur imkanlarını genişləndirməyə vəsait xərcləyəcəklər. Bu vəsaitin bir hissəsi əlavə qaz həcmlərindən əvvəl ora yatırılıb. Siz həmin vəsaitləri ödəməlisiniz, çünki bu, milyardlarla dollar deməkdir. Bir kompressor stansiyasi 500 milyon avroya başa gəlir. Təsəvvür edin, təkcə Türkiyə ərazisində 4 kompressor stansiya tikilməlidir. Bir də ki, təkcə sözügedən stansiyaların tikintisi ilə məsələ tam həllini tapmır axı. Böyük həcmləri bir nöqtədən başqa səmtə itələmək üçün istismar, təhlükəsizlik və s. xərclər var. Bunlardan əlavə, bu həcmləri Xəzərin dərinliklərindən hasil edəcək şirkətlərin xərclədiyi maya dəyəri var. Bundan sonra qaz illər üzrə rentabelli şəkildə, illər üzrə nəzərə alınmaqla qazın sahibi Azərbaycan dövlətini və digər payçı şirkətləri qane edəcək marja dəyəri təmin olunmaqla istehlakçılara çatdırıla bilər. Obrazlı desək, “Sədərək” bazarı qiymətinə “Torqovı”dan yaxşı mal almaq imkanları burada yoxdur. Burada “mən ölüm, sən öl” söhbətləri keçmir.

Üçüncüsü, qaz və siyasət məsələləridir. Qərbdəki əksər oyunçular Azərbaycandan daha böyük oyunçulara qarşı istifadə etmək arzusunda olublar. Hətta indi də bu arzuda olanlar var. Rəsmi Bakının daim bir xəbərdarlığı olub ki, biz qazdan siyasi alət kimi nə istifadə etmək, nə də edilmək fikrində deyilik. Bu, tam başqa mənzərə yaradır. Ona görə də bu imzalanan razılaşmada maraqlı bir müddəa yer alıb: Azərbaycan və Avropa İttifaqı arasında qaz satışına dair qeyd-şərtsiz Memorandum… Yəni bizim qarşımızda heç bir öhdəlik qoymayıblar ki, Rusiyaya, İrana və s. ölkələrə qarşı bunu elə, onu eləmə və s. Biz kiçik bir ölkəyik, bizim niyyətimiz öz milli maraqlarımız ətrafında cəmləşib. Biz onları təmin etmək üçün vasitəni qonşuluq siyasəti çərçivəsində qarşılıqlı əməkdaşlıq formasında həyata keçirməkdə görürük. Biz Qətər kimi balaca, amma Londondan tutmuş Əlcəzairə qədər onların daxili siyasətinə təsir etmək ambisiyasında olan dövlət deyilik. Biz bilirik, enerjimiz, imkanlarımız nədən ibarətdir, hansı nöqtədən hansı nöqtəyə qədər təhlükəsiz getmək imkanlarımız var”.

Bütün bunlardan sonra 2027-ci ilə qədər Avropaya illik 20 milyard kubmetr qaz verə biləcəyikmi?

İ.Şabanın sözlərinə görə, Memorandumda konkret yazılmayıb ki, həmin tarixdə bu qədər qaz sataq: “Sadəcə, niyyət ifadə olunub ki, 20 milyard kubmetrədək qaz sata bilərik. 18 iyulda ABŞ Dövlət katibi Entoni Blinkenin və Avropa Komissiyasının səhifəsində belə bir informasiya verilmişdi: 2021-ci illə müqayisədə 2027-ci ildə Avropaya təbii qaz ixracını iki dəfəyə qədər artırmaq. Xatırladım ki, ötən il toplam 8.5 milyard kubmetr qaz satmışıq Avropaya. Bunu iki dəfə artıranda 17 milyard kubmetr edir. Bu rəqəmi təbii ki, “Abşeron-2” yatağı hesabına daha çox artırmaq mümkündür. Təəssüf ki, “Total” şirkətinin vitse-prezidenti səviyyəsində Azərbaycan Prezidentinə söz verilmişdi ki, 2022-ci ilin birinci yarısında hasilat başlayacaq, amma olmadı, heç ilin ikinci yarısında da olmayacaq. Gələn ilin birinci yarısında da hasilatın, nəhayət, başlayacağı gözlənilən deyil. Mən bu proqnozu Neft Daşlarına səfərim çərçivəsində gördüyüm, duyduğum və eşitdiklərimə görə ifadə edirəm. Niyə belə edirlər, bu barədə nə “Total”-ın həmin layihədəki tərəfdaşından açıqlama yoxdur. Bu da ona gətirib çıxarır ki, illər keçir, amma qaz hasil olunmur. Nəticədə BP şirkəti ilə müqayisədə “Total” özünü çox pis aparır, hətta mənim nəzərimdə bir Qərb şirkəti kimi yox, İran, Afrika şirkətləri kimi təqdim edir. İndiyəcən – 2009-cu ildə müqavilə imzalanıb, 2011-ci ildə yataq açılıb, nə bir mətbuat konfransı keçirilib, nə də bir açıqlama yayıblar ki, nə iş görmüşük, hansı nöqtədən hansı mərhələyə gəlmişik, işin nə qədəri görülüb, nə qədər zaman qalıb, ilkin neft hasilatının kapital qoyuluşu həcmi nə qədər olub? İndiyə qədər bu sualların hamısı cavabsız qalıb, heç nə məlum deyil, hamısı gizlidir. Bu açıqlamalarla Avropada çıxış etsəm, Azərbaycandakı qeyri-şəffaf fəaliyyətlərini açıqlasam, yəqin ki, “Total”ın səhmlərinin dəyərinə təsir edər…”



Xəbərin oxunma sayı : 1237




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap