“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT

Tarix 15.01.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda evakuatorla içi dolu konteyneri oğurlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, oğurluq hadisəsi Qaradağ rayonu, Bakı-Salyan şosesinin 25-ci km-də baş verib. 

Oğurluğa görə 1994-cü il təvəllüdlü Ruslan Vəliyev (soyad şərti) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. 

Məlum olub ki, Ruslan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində fəaliyyət göstərən və yol-körpü tikinti işləri ilə məşğul olan şirkətə məxsus,  qapısı kilidlə bağlı vəziyyətdə və içərisində 2000 manat dəyərində təmir alətləri olan dəyəri 8000 manatlıq dəmir konteyneri oğurlayaraq, zərərçəkmişə ümumilikdə 10000 manat ziyan vurub.

Ruslan həmçinin başqa bir şirkətə məxsus 20 sot torpaq sahəsində qurlaşdırılmış 1700 manatlıq dəmir konteynerin içərisindən hər biri 20 manat olmaqla 5 ədəd bel, hər biri 50 manat olan 2 ədəd əl arabası, qiyməti 100 manat olan 100 metr uzunluğunda rezin boru və bəzi geyim əşyalarını oğurlayıb. 

Ruslan iki konteyneri evakuatorla apararaq Dərnəgül bazarı adlanan yerdə əvvəllər tanımadığı metal qəbulu işinə baxan şəxsə birini 1400 manata, digərini isə 400 manata satıb. 

O, oğurluğu törətməzdən əvvəl evakuator xidmətinə müraciət edərək guya ona məxsus konteynerin daşınması üçün  sürücü sifariş verib. Sifarişlə hadisə yerinə gedən sürücülər sözügedən konteynerləri Ruslanın sifarişi ilə götürüb, metal qəbulu olan yerə aparıblar. 

Məhkəmənin qərarı ilə Ruslan 2 il 10 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib. 



Xəbərin oxunma sayı : 727




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap