Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Baydenin bu qərarı ukraynalıların ABŞ-a bəslədiyi inamı qıra bilər” – Zelenski

Tarix 07.06.21, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə sammitindən öncə onunla görüşmək istədiyini deyib. Zelenskinin niyyəti Birləşmiş Ştatların “Şimal axını-2” qaz kəmərinə sanksiyaları qaldırmaqla bağlı qərarını müzakirə etməkdir.

ABŞ-ın “Axios” xəbər vebsaytına müsahibəsində Zelenski deyib ki, Baydeni kəməri dayandırmağa inandırmaqdan ötrü onunla istənilən an planetin istənilən yerində görüşmək istərdi.

“Bu, Rusiya Federasiyasının əlində silah, real silahdır… Bu silaha güllələrin Birləşmiş Ştatlar kimi böyük ölkə tərəfindən verilə biləcəyi… çox da anlaşılan deyil”, – iyunun 4-də Zelenski söyləyib.

Xatırladaq ki, tamamlanmaq üzrə olan “Şimal axını 2” kəməri Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya çəkilir. Bu kəmər, ərazisindən qaz tranziti haqlarından asılı olan Ukraynadan yan keçir.

Konqresin bir çox üzvləri kəmərə qarşı çıxıb, onun Avropanı Rusiyadan enerji təchizatından asılı duruma salacağını deyiblər.

Amma ABŞ-ın dirənişinə baxmayaraq, Almaniya hökuməti layihəni dayandırmaqdan imtina edib, onun kommersiya layihəsi, suveren məsələ olduğunu bildirib.

Putinin iyunun 4-də bildirib ki, kəmərin sualtı hissəsinin Almaniya ərazisindəki hissəyə birləşdirilməsindən ötrü hələ iş görülməlidir. "Rusiyanın “Qazprom” enerji şirkəti “Şimal axını 2”-ni qazla doldurmağa hazırdır”, – o, sözlərinə əlavə edib.

Putinin bəyanatından iki həftə öncə isə Bayden administrasiyası kəmərə sanksiyaları dayandırmağa qərar verib, layihənin tamamlanmağa yaxın olduğunu, Almaniya kimi Avropa müttəfiqləri ilə yaxşı münasibətlərin vacibliyini vurğulayıb.

Dövlət Departamentinin məlumatına görə, kəməri çəkən Rusiya şirkəti və onun almaniyalı baş icraçı direktoru, Putinin müttəfiqi Matias Varniq sanksiya tətbiq ediləsi fəaliyyətlə məşğul olublar. Amma sanksiyalar ABŞ-ın milli marağına zidd olduğu üçün dayandırılıb.

Baydenin qərar açıqlanandan sonra jurnalistlərə deyib ki, sanksiyalar ABŞ-Avropa münasibətlərinə əks-təsir göstərər. “Bu o demək deyil ki, mən Almaniyaya nəyisə edib etməməyi deyə bilərəm”, – o vurğulayıb.

Zelenski müsahibədə deyib ki, sanksiyaların dayandırılması xəbəri açıqlanmazdan öncə Bayden ona ABŞ-ın kəməri bloklamağa hazır olması haqda birbaşa siqnallar verib. Zelenskinin sözlərinə görə, o, qəzəb hissini arxada qoyub, indiki hissini məyusluq adlandırardı.

Ağ evin sözçüsü isə “Axios”a deyib ki, administrasiya Ukrayna ilə konsultasiyanı davam etdirir, eyni zamanda Almaniyaya təsir göstərir ki, “Şimal axını 2”-nin Ukraynaya və Avropanın enerji təhlükəsizliyinə yaratdığı riskləri yoluna qoysun.

Sözçü deyib ki, Bayden iyunun 16-da Cenevrədə Putinlə görüşəndə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edəcək.

Zelenski Baydenin kəməri hələ də dayandıra biləcəyi haqda müsbət düşündüyünü deyib. “Mən hələ də inanıram ki, Bayden siyasətdə Maykl Cordandır”, deyə o, ABŞ-ın basketbol ulduzunun adını çəkib. Yəni, o, opponentlərini yalançı qələbə hissinə inandıra, sonra isə son məqamda qələbəni ələ keçirə bilər.

Zelenski Baydenin dəstəyini qiymətləndirdiyini deyib. Ancaq onu da əlavə edib ki, “Şimal axını 2” qərarı ukraynalıların Birləşmiş Ştatlara bəslədiyi inamı qıra bilər. 

“Bu şəraitdə belə bir hiss yaranır ki, Rusiyanın Birləşmiş Ştatları üstələməyə böyük şansı olacaq”, – o vurğulayıb.



Xəbərin oxunma sayı : 481




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap