Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bəs deyilmi hamıda namus axtarışına çıxmağınız?“ - FOTO

Tarix 13.11.21, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Damla (Məsumə Məmmədova) sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi son zamanlar cəmiyyətdə insanların fiziki və mənəvi zorakılığa məruz qalmasına kəskin formada etiraz edib. Damla artan intiharları və ölüm hallarını yoluxucu xəstəlik adlandırıb: 

"Son vaxtlar yaşananlara məəttəl qalmışam. Bəzi insanlar nə yeyib, hansı havanı udur? Nədir bu təlatümlər, intiharlar, təcavüzlər. Körpələrin, qadınların amansızca öldürülməsinin günahını kimdə axtaraq? İnsanların evinin içinə qədər girib həyatını müzakirə edəcək boş vaxtı haradan tapırsınız? Tanımadığınız, bilmədiyiniz insanların yataq otağında yorğanının altına qədər hər şeyi müzakirə edirsiniz? Şantajlar, iyrənc söyüşlər, davalar sosial mediamızın gündəmini zəbt edir. Nədir buna marağınız? Cəlil Məmmədquluzadənin sözü yadıma düşdü: dirisi ilə rus, ölüsü ilə ərəbcə danışan millətim.

Nədir bu üsyanlar, nədir içinizdəki bu nifrət? Məntiqsiz dini yanaşmalar. Quranın bir səhifəsini belə oxumayanların Qurandan sitat gətirməsi gülünc deyilmi? Hər paylaşılan fotonun altına "şəhidlərin qanı sizə haram olsun" şərhini yazanlar, siz şəhid adını hara, necə gəldi yazıb şəhid kəlməsini niyə ucuzlaşdırırsınız? O müqəddəs şəhidlik zirvəsinə ucalanların adını hər səhifədə gic-gic şəkillərin altına yazmağa utanmırsınız? Bəs deyilmi hamıda namus, qeyrət axtarışına çıxmağınız? Sizə nə?

Bu dəfə klipimizdə intihar mövzusuna diqqət çəkmişik. Çünki son günlər intihar hadisəsi yoluxucu xəstəlik kimi yayılıb. Həyat gözəldir. Çətinlikləri, əziyyəti ilə yaşamağa dəyər. Ölüm çarə və çıxış yolu deyil. Həyatı sevin!"







Xəbərin oxunma sayı : 931




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap