|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
“Biz heç vaxt elə avtobuslara minməmişik” - Arif Hacılı
Tarix 21.01.22, 22:51 |
|
Müsavat Partiyasının başqanı Arif Hacılı müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Sabah sizin 60 illik yubileyinizdir. Geridə qalan 60 ili arzuladığınız kimi yaşaya bildinizmi?
- İnsan arzuları o qədər hüdudsuzdur ki, heç kəs bütün arzularının yerinə yetdiyini iddia edə bilməz. Ancaq ümumi götürsək, həyatımı normal şəkildə yaşamışam. Özümü ifadə etmək üçün kifayət qədər imkanlarım olub. Lap əvvəldən – məktəbli dövrlərimdən nə üçün yaşadığımı bilmişəm. Məqsədyönlü bir həyat sürmüşəm, o baxımdan hesab edirəm ki, xeyli arzum yerinə yetib.
- Həyata nəyə görə gəldiyiniz barədə düşüncələriniz başqalarından fərqlidir?
- Başqalarından o dərəcədə fərqlidir ki, başqaları bu həyata nəyə görə gəldiyini bilmədən yaşayır və həyatının sonuna çatır. Hesab edirəm ki, insan üçün ən vacib məsələ həyata nə üçün gəldiyini bilmək və həyatını ona uyğunlaşdırıb yaşamaqdır. Təəssüf ki, insanların əksəriyyəti bunun fərqində deyil.
“Elə insanlar var ki, heç orta məktəbi düz-əməlli bitirə bilməyib, amma...”
- Bəs siz necə, həyatınızı arzularınaza uyğunlaşdıra bildinizmi? Şərait, zaman buna imkan verdimi?
- Əgər normal siyasi şərait, ədalət olsaydı, yəqin ki, cəmiyyət üçün daha çox işlər görmək olardı, özümüzü daha çox ifadə etmək şansımız olardı. Ancaq cəmiyyətdə yaranmış situasiya buna imkan vermədi. Buna baxmayaraq, mövcud imkanlar çərçivəsində, bütün çətinliklərə, gərginliklərə baxmayaraq, xeyli işlər görmüşük.
- Bu gün də özünüzü ifadə edə bilirsinizmi, bunun üçün şərait varmı?
- Müəyyən qədər var. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin cəmiyyət qarşısında ən böyük günahlarından biri kifayət qədər bacarıqlı, cəmiyyət üçün böyük işlər görmək imkanına malik insanları siyasi motivlərlə kənarda saxlamağıdır. Söhbət təkcə siyasətçilərdən getmir, elə bacarıqlı iş adamları, iqtisadçılar, müxtəlif sahələrin insanları var ki, siyasi konyukturaya görə iş başında deyillər. Halbuki hər şey kadrlardan və onların nə cür işləməsindən asılıdır.
Adamlar var ki, hər biri min adamı dolandırmaq imkanına malikdirlər, amma cəmiyyətdə olan şərait onun özünün yaşaması üçün problem yaradır. Təəssüf ki, bu, ümumi cəmiyyətin bəlasıdır və bizdən də yan keçməyib.
- Ədalətdən danışdınız, sizcə, ədalət bir qədər nisbi anlayış deyilmi? Sizin üçün ədalət sayılan şey başqası üçün ədalətsizlik hesab oluna bilər...
- İlahi ədalət də var, elə meyarlar var ki, onlar ümumidir. Biz Müsavat Partiyasıyıq, müsavat bərabərlik deməkdir. Ədalətli olmaq hər kəsə bərabər imkanlar yaratmaq deməkdir. Elə insanlar var ki, heç orta məktəbi düz-əməlli bitirə bilməyiblər, sahənin mütəxəssisi deyillər, lakin konyukturaya, qohumluğa, yerlibazlığa, şəxsi sədaqət prinsiplərinə görə çox bacarıqlı adamlara rəhbərlik edir, onlara tapşırıqlar verirlər. Bu da göz qabağında olan məsələdir, ədalət prinsipləri bu baxımdan pozulub.
“Mənim oğlum da xaricə getmişdi”
Bundan başqa Azərbaycanın bütün problemləri, dərdləri, yolunda şəhid olmaq kimi məsələləri hamıya aid olduğu kimi, onun sərvətlərinə də bütün vətəndaşlar şərik olmalıdır. Amma bu gün belə deyil, ədalət prinsipi orda pozulur ki, vətənin problemlərini başqaları həll edir, sərvətlərini isə başqaları bölüşdürür. Azərbaycan cəmiyyətində çox böyük təbəqələşmə var. Azərbaycan əhalisinin təxminən 10 faizi qeyri-adi sərvətlər içərisində yaşayır, amma əhalinin yarısından çoxu gündəlik dolanışıq, yemək barədə, övladlarının geyimi, təhsili barədə, onların sağlamlıq qayğıları içərisində yaşayır, bütün həyatını belə keçirir. Ədalət prinsipinin ən böyük pozuntusu budur.
- Təhsildən, uşaqların böyüməsindən danışdınız, sizin də iki övladınız var. Onları istədiyiniz kimi böyüdə, təhsil verə bildinizmi?
- Hər halda onlar istədikləri təhsili alıblar. Onların istəyi elə mənim istəyimdir. Baxmayaraq ki, mən özüm sovet dövründə böyümüşəm, amma bizim ailəmizdə o vaxt da azadlıq olub. Təhsil istiqamətimizi biz özümüz seçmişik.
Böyük bacım həkimdir, o çox istəyirdi ki, mən də həkim olum, anam da bunu istəyirdi, ancaq mən 7-8-ci sinifdən jurnalist olmaq barədə qərar qəbul etmişdim. Hətta o vaxt jurnalistika fakültəsinə qəbul olunmaq üçün bir neçə mətbu orqanda məqalələrinin dərc olunması şərti var idi, bundan başqa iki il əmək stajın olmalı idi, yoxsa sənədlərin qəbul olunmurdu. Mən bu qaydalara əməl edərək, jurnalistika fakültəsinə qəbul oldum.
Böyük qardaşım hüquqşünasdır, kiçik qardaşım politologiyanı bitirib. Hərəmiz öz istədiyimiz sənəti, sahəni seçmişik. Övladlarımda da həmçinin belə olub, mən onlara xüsusi bir istiqamət verməmişəm, onlar özləri öz seçimlərini ediblər.
- Övladlarınız Azərbaycandadırmı?
- Oğlum Azərbaycandadır, bu yaxınlarda hərbi xidmətdən qayıtdı. Bir il yox, iki il hərbi xidmətdə oldu. Müharibə dövrü olduğu üçün belə oldu. O da çalışır, müəyyən işlər görür.
- Döyüşlərdə iştirak etdimi?
- Yox, birbaşa döyüş əməliyyatlarında iştirak etmədi, lakin mühüm bir postda idi. Sərhəd Xidmət Qoşununda sahil mühafizə xidmətində çalışırdı. O, informasiya texnologiyaları mütəxəssisidir və xüsusilə Xəzər dənizinin qorunması istiqamətində olan sahədə xidmət edirdi.
- Azərbaycanda siyasətçilərin əksəriyyətinin övladları xaricə çıxıb gedir, hətta vətəndaşlığını dəyişənlər də var...
- Mənim oğlum da xaricə getmişdi. Polşada təhsilini alıb geri döndü. Qızım hazırda Amerikadadır, o təhsilini Bakıda Xəzər universitetində alıb. Gənclərin xaricə getməsi ilə əlaqədar onları, valideynlərini günahlandırmaq olmaz.
“Bu yaxın müddətdə 1100 həkim Azərbaycandan Almaniyaya gedib”
Bütün dünyada düşünən beyinləri öz ölkəsinə cəlb etmək kimi bir siyasət var. Məsələn, ABŞ kimi bir dövlət harada ki, dünyanın çox qüdrətli universitetləri həmin ölkədə yerləşir, onlar bütün ölkələrdən, bütün dünyadan düşünən beyinləri, bacarıqlı gəncləri, mütəxəssisləri öz ölkələrinə dəvət edir, onlara stimul yaradırlar. Təəssüf ki, Azərbaycanda belə deyil.
Mən bu yaxınlarda məlumat aldım. Təkcə bu yaxın müddətdə 1100 həkim Azərbaycandan Almaniyaya gedib. Onların əksəriyyəti gənclərdir və əksəriyyəti Türkiyədə, başqa ölkələrdə yüksək təhsil almış həkimlər, uzmanlardır. Yəni Azərbaycanın həkimlərə ehtiyacı var və güclü həkimlərə çox ehtiyacı var, amma həkimlər və başqa mütəxəssislər üçün burada xüsusi şərait yaradılmadığına görə, onlar Azərbaycanı tərk etməli olurlar. Bizim əsas sərvətimiz, elə düşünən beyinlərimizdir.
Azərbaycan hakimiyyətinin Azərbaycan cəmiyyəti qarşısındakı ən böyük günahlarından biri də elə bu sahəyə diqqət yetirməməsi, bu gənclərin vəzifələrə cəlb edilməsi, gənclərin müəyyən işlərə cəlb edilməsi məsələsində də siyasi konyekturaya əsaslanması, orada da kadr siyasətini digər xoşagəlməz prinsiplər əsasında kadrları seçməsi ilə bağlıdır.
Əslində, dövlətlərin inkişafı üçün ən mühüm cəhət ölkədə düşünən beyinlərin olmasıdır. Dünyada elə şirkətlər var ki, onların gəlirləri böyük-böyük dövlətlərin, məsələn, Rusiyanın illik gəlirlərindən daha çox olur. ABŞ-da, Almaniyada, Cənubi Koreyada, Yaponiyada və s. ölkərlərdə bu var. Baxmayaraq ki, Azərbaycanda da kifayət qədər mütəxəssislər var. Elə Lütfizadə yeni texnologiyaların kəşfində mühüm rol oynayan şəxslərdən biri idi. Azərbaycanda Rafiq Əliyev kimi mütəxəssis var ki, o, faktiki müəyyən işlərdən kənarda qalıb. Bizim tanımadığımız çoxsaylı gənclər var ki, onlar Azərbaycanda bu tipli işlərlə məşğul olmaq, belə şirkətlər yaratmaq, yeni texnologiyaların tətbiq olunması ilə bağlı olan sahələrdə çox ciddi nailiyyətlər əldə edə bilərlər. Ancaq onların burada normal fəaliyyəti üçün imkan yoxdur deyə Azərbaycanı tərk etmək, gedib başqa ölkələrdə yaşamaq, hətta Azərbaycan vətəndaşlığından çıxıb başqa ölkələrin vətəndaşlığını qəbul etmək məcburiyyətində qalırlar.
Bizim cəmiyyətə verdiyimiz əsas mesajlardan biri də ondan ibarətdir ki, Azərbaycanda Müsavat Partiyası hakimiyyətə gələndə ilk növbədə bu sahəyə diqqət yetirmək və Azərbaycandan getməyə məcbur olmuş çoxsaylı mütəxəssislərimizi, xüsusilə də gənclərimizi, Avropada, Türkiyədə və başqa ölkələrdə təhsil almış mütəxəssis olan şəxslərə yüksək stimul verməklə Azərbaycana gətirmək niyyyətimiz var. Söhbət təkcə mütəxəssislərdən də getmir. Azərbaycanı çox bacarıqlı adamlar tərk edib. Rusiyada da Azərbaycanın yüz minlərlə vətəndaşı müəyyən fəaliyyət göstərmək məcburiyyətində qalıb. Onlar Rusiyada olan ağır bir şəraitdə, bərabər hüquq və rəqabət şəraitinin olmadığı bir vəziyyətdə, rus hakimiyyəti, eləcə də, rus şovinistləri tərəfindən daim təqib olunaraq, var-dövlətləri əlindən alınaraq Rusiyanın bir çox şəhərlərində yaşayıb, orada pul qazanıb Azərbaycana da müəyyən vəsaiti göndərə bilirlər.
“Dövlət Gömrük Komitəsində olan 20-30 general bir kənddəndir”
Amma bu adamların, öz ölkələrində, öz dövlətlərində sərvətlərini artırmaq, burada iş qurmaq, burada pul qazanmaq, ailələrini dolandırmaq, cəmiyyəti inkişaf etdirmək üçün onlara şərait yaradılmır. O adamların da, yəni passionar təbəqənin Azərbaycana qayıtması, gəlməsi və Azərbaycanın inkişafı üçün öz bacarıqlarını sərf etmələri həddən artıq vacib məsələdir.
- Vacibdir və əslində o qədər də çətin deyil...
- Stimul verilməlidir, şərait yaradılmalıdır. Yəni bərabərhüquqlu rəqabət şəraiti olmalıdır. Əgər qohumbazlıq varsa, siyasi motivlərə, siyasi konyukturaya görə, adamların vəzifələrə təyin edilməsi varsa, siyasi konyuktura və siyasi davranışlara görə, adamların vəzifədən çıxarılması kimi hallar varsa, korrupsiya və rüşvətxorluq varsa, azad məhkəmələr yoxdursa, təbii ki, normal şəkildə burada iqtisadi fəaliyyətin qurulması mümkün olmayacaq.
Burada söhbət təkcə siyasi rəqabətdən getmir. Ən böyük problemlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda hazırda iqtisadi sahədə də bərabərhüquqlu imkanlar, şərait mövcud deyil. Qohumbazlıq, başqa bu tipli proteksiyalara əsaslanan siyasət yeridilir. Şirkətlər, nazirliklər var ki, nazirin qohumları burada yüksək səviyyədə vəzifələr tuturlar və ya yerliləri vəzifələr tuturlar.
Mənim eşitdiyimə görə, Dövlət Gömrük Komitəsində olan 20-30 general bir kənddəndir. Yəni Azərbaycanda başqa kənddən gömrük mütəxəssisi çıxmırmı? Başqa bölgədən bacarıqlı bir gömrük işçisi çıxmırmı? Yaxud da yüksək dövlət vəzifəsində işləyən bir adam Azərbaycanın ayrı-ayrı bölgələrindənmi çıxır?
Yəni kim hansı bölgədən olan bir nazirdirsə, öz bölgəsindən olan admaları, öz qohumların həmin əraziyə toplayır. Şirkət rəhbərləri də öz qohum-əqrəbasını. Yəni bu dövlət şirkətidirsə, dövlət müəssisəsidirsə, dövlət idarəsidirsə, artıq qohumların, yerlilərin, tanışların oraya toplanması əsasında, əgər kadr siyasəti aparılırsa, təbii ki, Azərbaycanda normal mütəxəssis olan, qabiliyyəti, öz bacarığı ilə nələrəsə nail olmaq imkanına malik olan adamlar üçün hər hansı bir normal şərait mövcud olmayacaq.
“Müsavatda başqanlıq fəaliyyətim yekunlaşdıqdan sonra...”
- Problem ondadır ki, bəzən özəl şirkətlərdə də eyni prinsiplər tətbiq olunur. Yəni o baxımdan ki, bu şirkət özəldir, gəlir gətirməlidir və bacarıqlı mütəxəsislə işləməlidir. Amma əksini görürük.
- Özəl şirkətlərdə, özəl müəssisələrdə bunu hansısa şəkildə izah etmək mümkündür. Dövlət şirkətində bunların edilməsi tamamilə anlaşılmaz və ziyanlıdır. Əslində, təbii ki, inkişafda maraqlı olan hər hansı bir rəhbər, istər siyasi, istər iqtisadi, istərsə də adicə bir biznes sahəsi olsun, ilk növbədə oraya bacarıqlı adamları və düşünən beyinləri toplamalıdır. Amma təəssüf ki, Azərbaycanda ən çox nəzərə alınan prinsip, qohumbazlıq, sədaqət prinsipi və yerlibazlıqdır.
- Arif bəy, “tarix 100 ildən sonra tarix olur” deyə bir deyim var. Sizcə 100 ildən sonra Müsavat və yaxud Arif Hacılı haqqında nə yazılacaq, nə deyiləcək?
- 100 ildən sonra dünyanın nə cür olacağını biz deyə bilmərik. Bilirsiniz, bəşəriyyət milyard illərdir ki, inkişaf edir. Bəzi mülahizələrə və elmi araşdırmalara görə, Yer kürəsinin 5 milyard il tarixi var, amms bu inkişaf içərisində son 25 və ya 50 ildə gedən inkişaf elə bil ki, ondan əvvəlki milyon illərlə gedən inkişafa bərabərdir. Yəqin bundan sonra da inkişaf sürətlə artacaq və 100 il sonra dünya və düşüncələr nə cür olacaq, onu indidən müəyyən etmək qeyri-mümkündür.
- Sualı o baxımdan verdim ki, indiki araşdırmaçılar AXC dövrünü, Müsavat tarixini araşdırarkən Rəsulzadənin və digər AXC liderlərinin əsərlərinə müraciət edirlər. Sizin yazdığınız bir əsər varmı və ümumiyyətlə, yazmaqla aranız necədir?
- Bizim həyatımız, özümüz haqqında yazdığımız əsərdir. Bizim bütün yaşayışımız, bütün davranışlarımız, müsahibələrimiz, sizinlə söhbətimiz bunlar hamısı tarixdir.
Mən əvvəl jurnalist fəaliyyəti ilə məşğul olmuşam. Yazdığım kitablar da var. Onları hələ heç yerdə çap etdirməmişəm. Müsavatda başqanlıq fəaliyyətim yekunlaşdıqdan sonra o kitablar üzərində son işlər aparıb, çap etmək niyyətindəyəm. Bəzi yazılarım var ki, onları çap etməyə macal tapmasam belə, qalacaqlar.
Ümumiyyətlə hər bir insanın özü haqqında memuarı onun yaşadığı həyatıdır. Mən qalması üçün yazmayacam. Başqaları yazsın. Çox fəal həyat yaşamışam. 26 yaşım olanda Zaqatala kimi bir yerdə hərəkata rəhbərlik etmişəm. 28 yaşında Azərbaycanın millət vəkili seçilmişəm. Azərbaycanın istiqlalçı millət vəkiliyəm. Xalq Cəbhəsi Azərbaycanın ən böyük təşkilatı olanda, 100 minlərlə bəlkə də milyon üzvü olduğu dövrdə və bütövlükdə Azərbaycan siyasətini Xalq Cəbhəsi müəyyən etdiyi dövrdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin sədri olmuşam. Ən mühüm qərarlar orada qəbul olunurdu. Uzun müddət Müsavat partiyasında əvvəl katib, müavin oldum. 10 ilə yaxın müavin kimi fəaliyyət göstərdim. Artıq 8 ildir ki, Müsavatın başqanıyam.
Dəfələrlə həbs olunmuşam. 2 dəfə Amnesty International tərəfindən vicdan məhbusu elan olunmuşam. Bunlar hamısı tarixdə qalan faktlardır. İndiyə qədər bəşəriyyətin inkişaf etdiyi məntiqlə davam edəcəksə, tarixdə qalmaq baxımından hər hansı bir problem olmayacaq.
“Niyə Şuşaya getməyimə qadağalar qoyulur?”
- İşğaldan azad olunan ərazilərə getmisinizmi?
- İşğaldan azad olunan ərazilərə Azərbaycan xalqı buraxılmır. Xalqın ora getməsinə qadağa qoyulub. Bu heç bir qanunla tənzimlənmir. Azərbaycan ərazisində sərbəst hərəkət etmək, hər bir Azərbaycan vətəndaşının hüququdur. Bu hüquq heç bir qanunla məhdudlaşdırılmır. Bu bizim konstitutsiya hüququmuzdur.
İnsan Haqları baxımından da ölkə daxilində sərbəst hərəkət azadlığı ən mühüm azadlıqlardandır. İndi Azərbaycanda müharibə, fövqəladə, hərbi vəziyyət yoxdur. Müharibənin, hətta münaqişənin bitdiyi elan olunub. Ərazi bütövlüyümüzün təmin olunması bəyan edilib. Lakin öz ərazilərimizə getmək üçün xarici ölkəyə gedəndə keçilən prosedurlardan daha ağırını keçiririk. Şuşaya Azərbaycan vətəndaşının ildə 1 dəfə getmək icazəsi var. 1-dən artıq olmaz. Niyə? Bu hansı qanunla tənzimlənir. Hansı konstitutsiyanın maddəsi buna imkan verir ki?
Xatırlayırsınızsa, Sovet dövründə Biləsuvarda bir sərhəd var idi. Bir də Füzuli tərəfdə bir blok post var idi. Orada sərhəd bölgələrinə gedən adamların sənədlərini yoxlayırdılar. Amma bu orada yaşıyanlara aid deyildi. Biləsuvardan Astaraya qədər yaşayan heç kəsə aid deyildi. Sənədin göstərib gedirdi. Digər insanlar daha yüngül prosedurlardan keçməklə gedə bilərdilər. İldə neçə dəfə istəsələr gedə bilirdilər. Bu qayda Azərbaycan müstəqil olmamışdan əvvəl, yenidənqurma başlayan kimi əvvəl yavaş-yavaş zəiflədi, sonra aradan qalxdı.
İndi niyə Şuşaya getməyimə hansısa qadağalar qoyulur? Niyə 1 dəfədən artıq gedə bilmərəm. Niyə gündə 95 nəfərdən çox insan gedə bilməz. Bu hansı qanunla tənzimlənir? Əvvəl bəhanə edirdilər ki, ərazilər minalanıb. İndi axı rəsmən elan etdilər ki, Şuşa minalardan tam təmizlənib. Bəs niyə getmək qadağadır?
Şuşada dəfələrlə olmuşam. Ora göydən bomba yağanda, mina olan zaman, həyat təhlükə altında olanda belə orada olmuşam. Bəs indi niyə getmək qadağam edilir? Bu konstitutsiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan cəmiyyətinə, xalqına qarşı hörmətsizlikdir.
Qarabağı Azərbayan xalqı azad edib. Azərbaycan xalqı illər uzunu kasıblığa, yoxsulluğa dözüb. Hər dəfə problem qaldırlanda deyiblər ki, bizim Qarabağ kimi dərdimiz var.
Azərbaycan vətəndaşları öz övladlarının şəhid olmasına razı olub. Qarabağın Şuşanın işğaldan azad olunması üçün yalnız 44 günlük müharibədə biz 3 minədək şəhid vermişik. Bundan əvvəlki dövrlərdə də Şuşa, Qarabağın digər əraziləri uğrunda döyüşüblər. Bizim ümumi şəhidlərimizin sayı 20 mindən çoxdur. 30 minə yaxın şəhdimiz var. Bunlar hamısı Qarabağ uğrunda şəhid olmuş insanlardır. Kasıblığa, yoxsulluğa, ədalətsiz mövqeylərə dözüb, övladlarının şəhid, qazi olmasına razılaşıb. Həyatın çətinliklərinə sinə gərib. İndi ora niyə getməkdən ötrü kimdənsə icazə almalıdır?
“Yenə də Qarabağlılar həyatını itirən zaman Bakıda dəfn olunur”
Niyə xaricə getmək Şuşaya getməkdən asan olub? Getdiyin vaxtda bir neçə saata qalmağa icazə verilir? Bu çox ciddi bir məsələdir. Bu qaydalar dərhal dəyişdirilməlidir. Bu davranışa son qoyulmalıdır. Azərbaycan xalqı, cəmiyyəti ilə belə davranmaq olmaz. Yanlış davranışdır.
Əslən Qarabağdan olan, orada doğulmuş, boya-başa çatmış sakinlər üçün bu böyük bir həqarətdir. Atamın məzarına getmək üçün niyə kimdənsə, icazə almalıyam? Və yaxud da niyə rəhmətə gedən valideynimi başqa yerdə dəfn etməliyəm? Niyə Cəbrayıla, Füzuliyə digər ərazilərə aprıb, dəfn etmək olmaz?
2020-ci ilin noyabr ayında təklif verdik. Hakimiyyət nümayəndələrinə də təklifimizi çatdırdıq ki, qəbirstanlıqlarda minalardan təmizlənmə işi sürətləndirilsin. Həyatını itirən yaşlı insanların dəfn mərasimi orada keçirilsin, orada dəfn olunsunlar. Onların ən böyük arzuları doğma torpaqlarında dəfn olunmaqdır. Bu həyata keçirilsin. Bizə dedilər ki, bu çox yaxşı təklifdir həyata keçiriləcək. Lakin artıq 1 il 2 ay keçib müharibənin başa çatmasından, hələ də bir xəbər yoxdur, məsələ həll olunmayıb. Yenə də Qarabağlılar həyatını itirən zaman Bakı ətrafında olan ucqar qəbristanlıqlarda dəfn olunurlar. Heç olmasa bu məsələni həll etmək lazım idi.
Ümumiyyətlə, Azərbaycan vətəndaşlarını, xüsusən yerli əhalini ərazilərin bərpasından kənarlaşdırmaq olmaz. Onları bu prosesə cəlb etmək lazımdır. Getsinlər, ev tiksinlər, ağac əksinlər, insanlar bu prosesə cəlb olunmalıdır. Bu proses çətin deyil. Qarabağın bütün rayonlarının icra strukturları yerindədir. İndidə Bakıda otururlar. Şuşa İcra Hakimiyyətinin başçısı bu gün də Bakı şəhərində oturur, 4 mərtəbəli binaları var. Şuşanın işğaldan azad olunmasından 1 il 2 ay keçib. Niyə Şuşaya gedib ora yerləşmirlər, niyə Şuşa polisi Bakıda olmalıdır?
Fövqəladə Hallar Nazirliyinin strukturu, digər strukturlar niyə Bakıda olmalıdır? Dövlət strukturlarında çalışan adamlar azad olunmuş ərazilərə tapşırıqla getməlidirlər və orada məskunlaşma işini təşkil etməlidirlər. Lakin bu proseslərə imkan verilmir. Sanki həmin ərazilər monopoliyaya çevrilib və əraziyə kiminsə buraxılması icazə ilə həyata keçirilir. Müharibə zaman güllə səsi eşidiləcək məsafəyə getməyə cəsarət etməyən adamlar orada post qurublar iştirak edənlərin valideynlərini, özlərini, onların övladlarını həmin əraziyə buraxmırlar. Bu ədalətsizlikdir. Bu torpaqları bütövlükdə Azərbaycan xalqı azad edibsə, hüquq da bütün Azərbaycan xalqına məxsus olmalıdır.
“Biz heç vaxt elə avtobuslara minməmişik”
- Belə anlaşıldı ki, azad edilmiş ərazilərə hələ getməmisiniz?
- Xeyr, nəinki, mən, mənim qardaşım Mustafa Şuşa döyüşlərində iştirak edib, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, orada ağır yaralanıb və birinci Qarabağ müharibəsinin əlilidir. Dəfələrlə müraciət edib, onunla birlikdə döyüşdə iştirak edib şəhid olan əsgər yoldaşlarının ailə üzvləri var onlar da getmək istəyirlər. Mustafa həmin əraziləri tanıdığı üçün ona müraciət ediblər. Bu səbəbdən Mustafa Hacıbəyli müxtəlif strukturlara müraciət edib. Bu günə qədər ona müsbət cavab verilməyib.
Mən özüm də müraciət etmişdim ki, Şuşada Müsavat Partiyasının yerli təşkilatına heç olmasa 1 otaqlı ofis versinlər. Xankəndiyə getmək arzusunda olduğumu da bildirmişəm. Ermənistanın siyasi partiya rəhbərləri, parlamentinin üzvləri Xankəndiyə gələ bilər. Mən Azərbaycanın ən nüfuzlu, qocaman partiyasının rəhbəriyəm. Mən niyə gedə bilmirəm? Niyə Şuşada Müsavat Partiyasının binası olmamalıdır? Bu cür müraciətlərim olub, lakin heç birinə müsbət cavab verilməyib.
- Amma bir ara partiya sədrlərini Ağdama, Şuşaya apardılar.. Hətta “avtobus müxalifəti” ifadəsi yarandı.
- Sədr, lider sözünün mənası elə “aparıcı” deməkdir. Niyə lideri ora kimsə aparmalıdır? Mən özüm kimlərisə apara bilərəm ora. Əgər müharibə, fövqəladə vəziyyət, hərbi vəziyyət yoxdursa, münaqişə bitibsə, niyə partiya sədri ora müşayiət altında gedib-gəlməlidir?
- Niyə minmədiniz o avtobusa?
- Biz heç vaxt elə avtobuslara minməmişik. Biz sərbəst şəkildə fəaliyyət göstərən siyasi partiyayıq. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti də bu məsələni pis qarşılayıb. Azərbaycan cəmiyyəti “avtobus müxalifəti” ilə bağlı çox lətifələr qoşub. Cəmiyyətin qəbul etmədiyi, mənim və mənim partiyamın qəbul etmədiyi addımı mən niyə atmalıyam?
- Yubileyinizlə bağlı hakimiyyətdən təbrik gözləyirsinizmi?
- Belə bir təbrikin olacağını gözləmirəm və təbii sayıram. Azərbaycanda hakimiyyət və müxalifət münasibətləri elədir ki, təbrik gözləmirəm.
- Siz İlham Əliyevin yubleyini təbrik etmişdinizmi?
- Xeyr, təbrik etməmişdim. İqtidar və müxalifətə aid olan minlərlə daha mühüm olan məsələlər pozulubsa, bunu yalnız ad günü təbriki sahəsində saxlamaq qeyri-mümkündür.
Normal cəmiyyətdə, siyasi qüvvəllərin cəmiyyətin inkşafında maraqlı olduğu cəmiyyətlərdə iqtidar-müxalifət ümumi siyasi sistemin tərkib hissəsi olmalıdır. Azərbaycan hakimiyyəti, müxalifəti ümumi siyasi sistemin tərkib hissəsi kimi qəbul etmir. Hakimiyyət istəyir ki, müxalifət onun tapşırığı ilə xidmət göstərən, ona tabe olan struktura çevrilsin. Bu isə cəmiyyətin maraqlarına, bizim ümumi siyasi əqidəmizə, dünya görüşümüzə uyğun deyil. Eyni zamanda cəmiyyətin və partiyanın mənafeinə uyğun deyil və biz bu cür yol tuta bilmərik.(yenisabah.az)
Xəbərin oxunma sayı : 856
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV