| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar!“ - “Silahlı Qüvvələrimizə təlimat verildi ki...“
Tarix 05.03.26, 17:44 |
|
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat "Kalaşnikov"la, "Molotov" kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi.
Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək.
Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.
Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.
Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək.
Xəbərin oxunma sayı : 1690
Gündəm
Xəbərlər
-
İliyana Yotova Azərbaycana səfər edib - Liderlər Sammitində iştirak etmək üçün
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Bölgələrdə samovar çayının qiyməti 50 manata qalxdı - VİDEO
-
Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər - Ərdoğan
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Qarabağ“ isveçli hücumçunu transfer edir - Danışıqlar son mərhələdə
-
Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)
-
Avtomobil bazarında kəskin bahalaşma - QİYMƏTLƏR
-
182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçdi - WUF13
-
Böyük Qayıdış davam edir:18 ailə Şükürbəyliyə qayıtdı
-
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - FOTO
-
NATO-nu İsveçrə saatları ilə müqayisə etdi - “Bahadır, amma işləyir”
-
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Kamboca Baş nazirinin müavini Azərbaycana gəldi - WUF13-də iştirak üçün
-
Azərbaycanda gözlənilən yenilik: minimum maaş 700 manat
-
SEPAH Hörmüz boğazından keçidə icazə verir - Yeni protokollar əsasında
-
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
-
Azərbaycan hərbçiləri “EFES-2026“da - VİDEO
-
“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib
-
Metroda zarafat edənlər 200 manat cərimələnəcəklər - VİDEO
-
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
-
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı (FOTOLAR)
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - “The New York Times“
-
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
-
Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib
-
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?
-
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - FOTO/VİDEO
-
“Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır“ - Zelenski
-
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən paylaşım - VİDEO
-
Əcnəbilər Azərbaycandakı otellərdə nə qədər xərcləyiblər? - Ölkələr üzrə siyahı
-
Mövsüm öncəsi bəzi bölgələrdə bir samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
-
Bakıxanovun oyektlər kralı - Agaclar ya kəsilir, ya da qurudulur...
-
Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək
-
ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır - “Reuters”
-
Əməkhaqqı xərci 1 milyon manatı keçən iqtisadi rayon hotelləri - SİYAHI
-
“Məscidlərdə bayram namazı mayın 27-də qılınacaq“ - QMİ
-
ABŞ İranın münaqişənin həlli ilə bağlı planını rədd etdi - “Mehr”
-
Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
-
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda neçə qadın aliment verir? - Nazirlik açıqladı
-
Ötən il Avropadan 135 min əcnəbi deportasiya olunub - Ölkələr üzrə siyahı
-
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
-
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul etdi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
-
Prezidentlə həmkarları təməlqoyma mərasimində - FOTOLAR
-
Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında - Fotolar
-
TDT başçılarının Zirvə görüşü - Prezident çıxış etdi
-
“Mən əsasən Bakı metrosundan istifadə edirəm” - AYNA sədri
-
ATU-nun 159 minlik tenderini qazanan “Referans Pharmaceuticals“ kimindir?
-
Prezident İlham Əliyev Zirvə görüşündə - FOTO
-
20 manat kapitalla yarım milyonluq tenderlər qazanmışdı - “ETİBARSIZ“ ELAN EDİLDİ
-
ABŞ–Çin qarşıdurması: Dünya ikiyə bölünür? - TƏHLİL
-
Prezident həmkarları ilə Türküstanı gəzdi - FOTOLAR
-
Fənn müsabiqələrində keçid balları etiraz yaratdı - Qurum açıqlama yaydı
-
“Qəsəbələrə metro açılsa, şəhər mərkəzi iflic ola bilər” - Metropolitenin sədri
-
Nazirlik Rasim Rzayevdən ofis icarəyə götürüb - 365 min manata
-
Pakistan yeni “Fatah-4“ raketini sınaqdan keçirib - Hansı üstünlükləri var? + VİDEO
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistanla münasibətlər müttəfiqlik xarakteri daşıyır, lakin...“ - Lavrov
-
Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir - FOTOLAR
-
Müsadirə edilmiş ev, torpaq və maşınlar satışa çıxarılır - Qiymətlər
-
Əməkhaqqılarla bağlı yenilik - Belə olacaq
-
ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTOLAR
-
Donald Trampın Çinə səfəri başa çatdı - VİDEO
-
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
-
Vüsal Nəsirli direktoru işdən çıxardı - Yeni vəzifə verdi
-
Azərbaycandan keçən 977 ton buğda Ermənistana göndərildi - FOTOLAR
-
“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
-
Xarici valyuta ehtiyatları azalan sığorta şirkətləri - CƏDVƏL
-
Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir
-
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
-
İstanbul Bələdiyyəsində növbəti əməliyyat - 12 nəfər tutuldu
-
Sumqayıtda transformator piyada səkisinin üzərində qurulub - TƏHLÜKƏ/VİDEO
-
Böyük Qayıdış davam edir:Zəngilan və Cəbrayıla növbəti köç yola salınıb
-
“ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək“ - Tramp
-
“Kupça“sız qalan sakinlərin fəryadı: “Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə“ - VİDEO
-
Bu gündən paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilir - VİDEO
-
Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
-
Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - VİDEO
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
-
Rusiya XİN-dən ciddi xəbərdarlıq - Ermənistan da siyahıya əlavə edildi
-
Naftalandakı otellərdə ən çox hansı ölkənin vətəndaşları pul xərcləyib? - Tam siyahı
-
“SAT imtahanlarında saxtakarlıq halları var“ - Məleykə Abbaszadə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış iş adamını yoldaşı şantaj etdi - 10 il 6 aylıq cəza aldı
-
Prezident yeni Dövlət Agentliyi yaratdı -FƏRMAN
-
AzTV tanınmış şəxslərə 424 min manat ödəyəcək - Adlar
-
“Robert Koçaryan həbsxanada oturmalıdır“ - Paşinyan
-
Məşğulluq Agentliyində kadr dəyişikliyi - Musayev vəzifəsindən ayrıldı
-
Analitik Ekspertiza Mərkəzi “Dr. Güllü“ nü indi araşdırır? - Ölkədə yüzlələ “Dr.Gülü“lər var...
-
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan... (DETALLAR)
-
Ödənişsiz çimərlik ərazisində tikinti aparılır - Vətəndaşlar istifadə edə bilməyəcək?
-
Ayın 15-də intensiv yağış yağacaq, dolu düşəcək - Proqnoz
-
Turizm Agentliyi 3 ölkədən jurnalist və blogerlər gətirir - 210 min ayrılıb
-
Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? - DİM sədri açıqladı
-
Pulsuz avtobus xətti açıldı - Bu gündən fəaliyyət göstərir
-
NATO-nun ən güclü orduları açıqlandı: Türkiyə neçəncidir? (SİYAHI)
-
Bakının bu rayonunda 22 ev söküləcək – Kompensasiya veriləcək
-
Azərbaycan çempionuna cəlbedici təklif: Klubu tərk edir
-
Nazirlik “Dr. Güllü” nü araşdırdı - o, əslində kim imiş?
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
-
Gürcüstanda ağır qəza - Altı azərbaycanlı gənc öldü
-
Nazir Əhəd Abdiyevə yeni vəzifə verdi - Bu quruma rəhbərlik edəcək
-
AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlandı - VİDEO
-
Minimum əməkhaqqı nə zaman artırılacaq? - Deputat AÇIQLADI
-
Kubada yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
-
Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər - Hikmət Hacıyev
-
Yeni nazir müavini təyin olundu - Ağakərim Səmədzadə kimdir? + DOSYE
-
“ABŞ və Çin fikir ayrılıqlarını qısa zamanda həll edirlər“ - Tramp
-
Elçin Əmirbəyov Kambocada - Bir sıra görüşlər keçirdi
-
Masallının icra başçısı vaxtilə girov götürülübmüş - Belə xilas olub
-
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
-
Donald Trampla Si Cinpin arasındakı tarixi görüş başa çatdı - Fotolar
-
Paytaxtda piyadalar üçün böyük dəyişiklik başlayıb - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Dərnəgül dəmiryolu ilə hansı istiqamətlər üzrə hərəkət olacaq? - VİDEO
TOP 10
ARXİV






