“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“BolT”MMC Şəkidə rəqabət prinsiplərini pozub yerli sahbkarları sıradan çıxarır - İDDİA

Tarix 10.01.26, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


Xatırladaq ki, sahibkarlara dəstək, hüquqlarının qorunması və fəsliyyətlərində qanunsuz yoxlamların aparılmasına son qoyulması ilə bağlı dövlət başçısının çoxsaylı göstəriş və tapşırıqları var...

Dövlət başçısı çıxışlarında həmişə qeyd edir ki, ölkə iqtisadiyyatının inkişafının böyük bir hissəsi sahibkarların payına düşür. Bu mənada sahibkarlıq haqqında qanunların mütərəqqilıiyinin və müasirliyinin işlənilib hazırlanması bu camiyədə fəaliyyətin inkişafının təmin olunmasını şərtləndirir. Amma, çox təəssüflər olsun ki, bəzi sahələrdə haqsız rəqabət və monopoliya hələ də qalmaqdadır. Elə redaksiyanın qaynar xətt ünvanına Şəki şəhərində bir qrup sahibkarın sıxışdırılması və bazardan uzaqlaşdırılması yönümündə məlumat daxil olmuşdur. Xatırlatma: Azərbayycan Respublkasının rəqabət məcəlləsi: Maddə 19. Haqsız rəqabətin formaları Maddə 21. Rəqib təsərrüfat subyektinin nüfuzdan salınması Maddə 81. Qanunsuz gəlir əldə eləmə və sairə... Bunları ona görə xüsusi qeyd elədik ki, verilən məlumatlarda qanunun bu və ya digər tələbləri “Bolt” MMC tərəfindən pozuluduğu bildirilir.

Məlumatda bildirilir ki, Mirzə Fətəli Axundov kucəsi, üzü Karvansaraya dorğu gedən yolda yerləşən “BOLT” MMC həmin ərazidə icarəyə götürdüyü ünvanla heç bir müqavilə bağlamayıb fəaliyyət göstərir. İcarə haqqının hansı formada ödəndiyi də məlum deyil. Bu da əlbəttə ki, vergidən yayınmaya gətirib çıxarır. Sözügedən şirkət ədalətsiz rəqabət və inhisara alınmış monopoliya şəraitində fəaliyyət göstərir.

“Bolt” MMC-nin Şəki və regionlardakı fəaliyyəti sahibkarlıq fəaliyyətinə ziddir. Qiymətləri aşağı salmaqla digər sahibkarları sıradan çıxarmaq məqsədi daşıyır. Şəkidən bir qrup vətəndaş redaksiyanın qaynar xəttinə bu barədə məlumat verib. Bildirilir ki, “Bolt” MMC qiymətləri maya dəyərindən aşağı salmaqla qanunvericilikdə təsbit olunan shibkarlıq haqqında qanunun tələblərini və rəqabət prinsiplərini kobud şəkildə pozur. Bu da nəqliyyat sahəsində fəaliyyət göstərən digər sahibkarları müflisləşdirib bu fəaliyyətdən uzaqlaşdıraraq öz çirkin məqsədlərinə nail olub meydanda istədiyi diqtəni eləməkdir. Eyni zamanda cənab Prezident İlham Əliyevin shibkarlara göstərdiyi diqqət və qayğıya, həmçinin yeni iş yerlərinin açılması barədə çağırışlarına ziddir.

Məlumat verilir ki, “Bolt” MMC-nin Şəkidə fəaliyyət göstərən şöbəsi ətrafına cəlb elədiyi taksilərlə heç bir rəsmi müqavilə bağlamayıb. Hətta taksilərin taksi fəaliyyəti ilə xidmət göstərməsi üçün müvafiq LİSENZİYASI YOXDUR. Onların bu fəaliyyəti heç bir standarta cavab vermir. Bildirilir ki, taksi daşımalarına cəlb elədikləri avtomobillərin istismar müdəti bitib. Əlbəttə ki, bu da taksi fəaliyyəti ilə məşqul olmağı qadağan edir. O da qeyd edilir ki, bunlar azmış kimi dövlətə vergi də ödəmirlər.

“Bolt” MMC-nin bu fəaliyyəti yerli taksi şirkətlərinin bazardan çıxarılmasına hesablanıb. Şəki sakinləri Babayev Zamiq Mahiz oqlu və digərləri “Bolt”MMC-nin bu haqsız əməlləri ilə bağla Prezident İlham Əliyevə, Vitse-Prezident Mehriban xanım Əliyevaya, Dövlət Vergi Xidmətinə, Dövlət Məşğulluq Agentliyinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ünvanlayıb.

Ölkə başçısından Dövlət Vergi Xidmətinə, Dövlət Məşğulluq Agentliyinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə “Bolt”MMC-də yoxlamaların aparılmasına göstəriş verilməsini xahiş edirlər.(azia.az bloqu)



Xəbərin oxunma sayı : 961




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap