Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Boranı“nın zirzəmisindən skuter, küçədən şlaqbaum oğurladı - 2 il 6 ay “iş“ aldı

Tarix 04.06.26, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda iki ayrı oğurluq hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs Oqtay Şükürov (şərti) Yasamal rayonu ərazisində yerləşən "Boranı” restoranının zirzəmisinə daxil olaraq, oradan 1 285 manat dəyərində elektrikli skuter oğurlayıb.

Bundan başqa, təqsirləndirilən şəxs yaşayış evinin qarşısında quraşdırılmış və giriş-çıxışı tənzimləyən 400 manat dəyərində alüminium şlaqbaumu sökərək aparıb.

İstintaq zamanı təqsirləndirilən şəxs hər iki oğurluq əməlini etiraf edib. O bildirib ki, skuteri şəxsi istifadəsi üçün götürüb, şlaqbaumu isə metal kimi satmaq məqsədilə oğurlayıb.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər onlara dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1636




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap