Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 1,3 milyon ton yük daşınıb” - Rəşad Nəbiyev

Tarix 07.10.21, 8:41

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə artıq bu günə qədər 1,3 milyon ton həcmində yük daşınıb”.

Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında İstanbulda keçirilən XII Nəqliyyat və Kommunikasiya Şurasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

Nazir qeyd edib ki, yenilənən dünyanın tələbləri dəyişir: “Araşdırmalarımız göstərir ki, bu gün müştəriləri maraqlandıran başlıca məqamlardan biri istər Xəzər dənizi üzərindən, istərsə də, Azərbaycandan qatarlar üzərində daşımalarda müntəzəmliliyin təmin edilməsi, tariflərin rəqabətə davamlılığı, hər kəs üçün əlçatan olması, yəni şəffaflığın təmin edilməsidir".

Rəşad Nəbiyev vurğulayıb ki, digər əhəmiyyətli məqam zaman məsələsidir: "Burada həmkarlarımla administrativ əngəllərin aradan qaldırılması ilə bağlı müzakirələr apardıq və bunların hər biri müvafiq protokollarda əksini tapdı".



Xəbərin oxunma sayı : 355




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap