Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu səfər Rusiya ilə münasibətlərdə dönüş ola bilər“ - İran Prezidenti

Tarix 19.01.22, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


“Səfərim İranla Rusiya arasında siyasi, iqtisadi, ticari əlaqələrdə, eləcə də regionda təhlükəsizliyin, iqtisadi və ticari əlaqələrin səmərəsinin təmini üçün dönüş ola bilər”.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfəri zamanı Tehranın Mehrabad hava limanında jurnalistlərə açıqlamasında bildirib.

“Bu səfər Rusiya Prezidenti Vladimir Putinin dəvətinə əsasən gerçəkləşir. Səfərin gedişində bölgədə xoşməramlı qonşuluq siyasətinin yürüdülməsi üçün səylər göstəriləcək. İran və Rusiya arasında münasibətlər heç şübhəsiz regionda təhlükəsizliyi təmin edir və birtərəfliliyin qarşısını alır. Biz Rusiya ilə bölgədə bir çox iqtisadi və siyasi təşkilatların, habelə Rusiyanın vacib rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatının da üzvüyük. Rusiya Avrasiya İqtisadi İttifaqında vacib rol oynayır. Bizim əməkdaşlığımız iqtisadi-ticari layihələrdə səmərəliliyi artıra bilər”, - o bildirib.

Qeyd edək ki, yanvarın 19-d Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş keçiriləcək.



Xəbərin oxunma sayı : 730




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap