Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“BVF növbəti qlobal artım proqnozunu əhəmiyyətli dərəcədə aşağı salacaq” - “Bloomberg”

Tarix 17.07.22, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Valyuta Fondu növbəti hesabatında qlobal artım proqnozunu əsaslı şəkildə aşağı salmağı planlaşdırır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu BVF-nin Strategiya, Siyasət və Analiz departamentinin direktoru Ceyla Pazarbaşıoğlu bildirib.

Onun sözlərinə görə, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan bazarlara kapital axınının azalması, davam edən pandemiya və Çin iqtisadiyyatında yavaşlamanın mövcud olduğu şəraitdə siyasətçilərin strategiya qurmaq daha çətinləşib: “Zərbədən sonra zərbə və bu, həqiqətən də qlobal iqtisadiyyata zərbə vurur. Biz proqnozumuzu əhəmiyyətli dərəcədə aşağı salacağıq”.

BVF aprel hesabatında artıq bu il dünya iqtisadi artımı ilə bağlı gözləntilərini 4,4%-dən 3,6%-ə endirib. Bu ay yeni proqnoz açıqlanacaq.

“Bloomberg” qeyd edir ki, G20 və digər ölkələrin maliyyə liderlərinə artan risklərdən qaçmaq üçün daha az seçim qalır. Bu, indiki şəraitdə qiymət artımına və inflyasiyaya düzgün cavab axtaran mərkəzi banklara da aiddir.



Xəbərin oxunma sayı : 1090




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap