Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Cinpin Putinin Ukraynada ortağıdır“ - “Vaşinqton Post”

Tarix 14.03.22, 19:09

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Vaşinqton Post” qəzetində “Si Cinpin Vladimir Putinin Ukraynada ortağıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin icmalçısı Coş Roqindir.

Novator.az saytının məlumatına görə, müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya amansızcasına və səbəbsiz şəkildə hücuma başlayandan bəri Çin hökuməti özünü neytral, hətta böhranın həllini arzulayan əsas tərəf kimi göstərməyə çalışır: “Əslində isə Çin Xalq Respublikasının sədri Si Cinpin Ukraynaya təcavüzdə Putinin ortağıdır. Çünki Çin öz seçimini edib. O, Ukraynanın və Qərbin tərəfində deyil”.

Müəllif bildirir ki, Qərbdə Çinin xarici siyasətinə şübhə ilə yanaşırlar və buna tam əsaslar var: “Pekin ictimaiyyətə açıqlamasında xarici siyasətinin milli suverenliyə müdaxilənin yolverilməzliyi prinsipinə söykəndiyini iddia edir.

Rusiyanın Ukraynaya hücumundan bir neçə gün əvvəl Çinin xarici işlər naziri Vanq Yi bu prinsipin birbaşa Ukraynaya da şamil olunduğunu söyləyib. Hiylə işlətməkdə davam edən Çinin rəhbəri Si Cinpin Pekinin baş verənlərdən “dərin narahatlıq keçirdiyini” vurğulayıb və Avropa liderləri ilə telefon danışıqlarında onlardan “böyük təmkin” göstərmələrini istəyib. BMT Təhlükəsizlik Şurasında Rusiyanı qınayan qətnamənin qəbulu zamanı bitərəf qalan Çin bununla xarici siyasətinin müstəqil olduğunu nümayiş etdirməyə çalışıb.

Bəzi mütəxəssislər və rəsmilər Pekinin ritorikasına baxıb özlərini inandırıblar ki, guya Ukrayna məsələsi Çinlə Rusiya arasında fikir ayrılığı yaradacaq və ya Çin təcavüzün dayandırılması üçün Putinə təzyiq göstərəcək”.

Məqalədə xatırladılır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində Çinin xarici işlər nazirinə irad bildirərkən “Biz Çinin keçmişdəki bəyanatlarına əsaslanaraq onun ayağa qalxacağını, məsələyə səssiz qalmayacağını gözləyirik və mən Pekinin məhz bu şəkildə davranacağına ümidliyəm” deyib. Ancaq Coş Roqin yazır ki, Pekinin davranışına nəzər salanda Çinin öz taleyini çoxdan Rusiyaya bağladığı və bu mövqenin dəyişməz qaldığı görünür.

Müəllif qeyd edir ki, Ukraynaya hərbi müdaxilədən bir qədər əvvəl Putinlə Cinpin Pekində görüşüblər və iri həcmdə bədnam bir bəyanat qəbul ediblər: “Rusiya və Çin liderləri həmin bəyanatda dostluğu pozmayacaqlarını, əməkdaşlıq sahələrini məhdudlaşdırmayacaqlarını vurğulayıblar. Çinpin hətta Putini Pekinə sərfəli olan şərtlərlə 30 illik qaz müqaviləsi imzalamağa da razı salıb.

Məlumatlara görə, Cinpin o görüşdə nəinki Putinə Ukraynaya hücumla bağlı yaşıl işıq yandırıb, hətta Rusiya prezidentindən Pekində keçirilən Qış Olimpiya Oyunları bitənə qədər gözləməyi, yəni hücuma olimpiadadan sonra başlamağı xahiş edib. Olimpiada bitən günün səhəri – fevralın 21-i Putin Ukraynanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş separatçı rejimlərini müstəqil dövlətlər kimi tanıdığını elan edib. Üç gün sonra – fevralın 24-ü o, Ukraynaya hərbi hücuma keçib. Hadisələrin xronologiyası özü hər şeyi açıb deyir”.

Məqalədə bildirilir ki, Ukraynaya hücumdan bir gün sonra Cinpinlə Putin telefonla danışıblar: “Çinin təfsirində Pekinin Ukraynanın suverenliyini tanıması ilə bağlı tanış ifadələr yer alır. Ancaq Çin həmin telefon söhbəti ilə bağlı rəsmi məlumatında onu da vurğulayıb ki, “Pekin Rusiyanın problemi danışıqlar yolu ilə həll etmək ideyasını dəstəkləyir”. Bu, Pekinin Moskvanın tərəfində olduğuna işarədir. Rusiyanın rəsmi məlumatında isə deyilir ki, iki lider Moskvaya qarşı sanksiyaları “qanunsuz” saydıqlarını bəyan ediblər və ölkələrinin daha da sıx əməkdaşlıq edəcəyi barədə vəd veriblər”.

“Si Cinpin Vladimir Putinin Ukraynada ortağıdır” məqaləsində bildirilir ki, Pekin Rusiyanın yalanlarını həm daxildə, həm də xaricdə yaymaq üçün öz təbliğat maşınından istifadə edir, o biri yandan da Qərbi Çinin neytral qaldığına inandırmağa çalışır: “Çin sosial şəbəkələrinə Ukraynanı müdafiə edən bütün yazıları silmək əmr olunub. Çin mediası öz jurnalistlərini Rusiya qoşunlarının xeyrinə təbliğat aparmağa yönəldir.

Eyni zamanda Çin şirkətləri Qərbin sanksiyaları fonunda Rusiyanın enerji sektorunu xilas etməyin yollarını arayır. Çin və Rusiya bankları maliyyə sanksiyalarının qarşısını almaq üçün çoxdan birgə işə başlayıb. Rusiya xammal ixracı üçün üzünü Çinə tutub. İki ölkənin iqtisadiyyatı getdikcə daha çox qarşılıqlı asılılığa düşüb. Məhz buna görə də Vaşinqton Pekinə xəbərdarlıq edib ki, ABŞ-ın Rusiyaya texnologiya ixracına qoyduğu məhdudiyyətləri pozmağa cəhd göstərilməsin, yoxsa ABŞ həmin texnologiyaların istehsalı üçün zəruri olan avadanlıqların və proqram təminatının Çinə satışını qadağan edə bilər”.

Coş Robin yazır ki, Qərb Çinin Ukraynada konstruktiv oyunçu ola biləcəyinə inanmaqla özünü aldatdığına görə Cinpin-Putin ittifaqına real yanaşılmır, Çin kimi ölkələrə yalnız ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdən keçirilir. Bu yanaşmanı təhlükəli sayan müəllif bildirir ki, Çin Rusiyaya iqtisadi dalandan çıxmağa kömək edə bilər.



Xəbərin oxunma sayı : 997




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap