“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şəmkirdə təcili yardım maşını körpüdən aşdı - Yaralılar var

Tarix 07.09.25, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Şəmkir rayonunda təcili tibbi yardım briqadası qəzaya düşüb.  

AzFakt.com xəbər verir ki, təcili yardım avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü, həkim və tibb bacısı xəsarət alıb.
Qeyd edək ki, dünən Bakıda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın ardından bölgələrdən də oxşar hadisə xəbərləri daxil olub.

Ucar – Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunda iki maşın toqquşub, nəticədə iki nəfər yaralanıb.

Oğuz – Kərimli kəndində “Nissan” markalı avtomobil aşıb, bir nəfər ölüb, digər sərnişin isə orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qazax – Yol qəzasında xəsarət alan üç nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, onların vəziyyəti ağırdır.

Tovuz – Qovlar şəhərində “Nissan Note” markalı avtomobil ağaca çırpılıb, sürücü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb. FHN xilasediciləri yaralını çıxararaq təcili yardıma təhvil veriblər.

Ağcabədi – Poladlı kəndində “Mercedes” və VAZ-21011 markalı avtomobillər toqquşub, nəticədə iki nəfər ağır xəsarət alıb.

Bakı-Quba yolu – Yük avtomobili ilə sərnişin avtobusu toqquşub, iki sərnişin yüngül xəsarət alıb. İlkin ehtimala görə, səbəb yük maşınının təkərinin partlaması olub.

Goranboy – Bakı-Qazax magistral yolunda yük maşını idarəetmədən çıxaraq yolkənarı obyektə çırpılıb.



Xəbərin oxunma sayı : 1138




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap