Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şəmkirdəki hadisənin təfərrüatı: Ərinə görə özünü güllə qarşısına verdi

Tarix 08.08.21, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkir şəhərində qadının qayınatası tərəfindən güllələnməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

"Report”un Qərb Mərkəzinin məlumatına görə, gecə saatlarında Şəmkir rayon Yeni Həyat kəndində yaşayan, 1959-cu il təvəllüdlü Həsənov Sahib Nəriman oğlu evdə olan ov tüfəngi ilə atəş açaraq oğlu, Nicat Həsənovun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızını qarın boşluğundan güllələyib.

Kənd sakinlərinin dediyinə görə, əslində mübahisə ata ilə oğlu arasında yaşanıb. S. Həsənov qoşa lüləli ov tüfəngi ilə oğlu tərəfə atəş açıb, bu zaman gəlin həyat yoldaşının qarşısına keçib və güllə ona dəyib:

"Sakit ailə olublar, daha əvvəl ciddi mübahisələrini nə eşitmişik, nə də görmüşük. Zəhmətkeş ailədirlər, kənd təsərrüfatı ilə məşğuldurlar. Əkdikləri göy-göyərtini satıb dolanırlar. Kişinin iki oğlu var, biri subaydır. Hamısı bir evdə yaşayırlar. Mübahisə nə üstündə olub dəqiq bilmirik. Amma kişi bəzən içirdi.

Yəqin sərxoş olub, əsəbləşib deyə bu hal yaşanıb. Qadının qayınatası ilə bir probleminin olduğunu da eşitməmişik, sakit qadın idi. Elə qayınatası da kənddə sakit bir insan kimi tanınır. Eşitdik, özümüz də məəttəl qaldıq bu olanlara”- deyə kənd sakinləri qeyd edib.

Qeyd edək ki, ağır xəsarətlər alan S.Qasımova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 427




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap