Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şəmkirdəki qətl hadisənin təfərrüatları... - Əmisi danışdı + VİDEO

Tarix 13.02.22, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın hadisə yerində olan müxbiri qətli törədən Elməddin Həsənovun əmisi Həsənov Tofiqlə söhbət edib.

Qatilin əmisi bildirib ki, qardaşı oğlunun başında ağrılar vardı, əsəb xəstəsi idi sabah həkimə gedəcəkdi: “Sabah həkimə getməliydi guya, bu gün belə oldu”.

Hadisə yerindəki qonşular isə söyləyib ki, Elməddin Həsənov kənardan normal şəxs kimi görünürdü, bazarda al-ver edirdi.


***

Prokurorluq Şəmkir rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb. Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.

Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Belə ki Həsənova Lalə və onun azyaşlı qızı bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.




Xəbərin oxunma sayı : 928




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap