Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO Səmarının Dubay tətili - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

“Ermənistanla sülh sazişi imzalamaq istəyirik“ - Azərbaycan Prezidenti

Tarix 18.05.22, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


"Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var", - Prezident vurğulayıb.



Xəbərin oxunma sayı : 1072

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap