“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Etibarlı“ MTK bünövrə qazıntısı zamanı ətrafdakı binaları zədələyib - VİDEO

Tarix 09.01.26, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Tikinti şirkəti bünövrə qazıntısı zamanı ətrafdakı binaları zədələyib?
Bakıda bünövrə qazıntısı zamanı ətrafdakı binalar silkələyib, yaxınlıqdakı məktəbin stadionu isə zədələnib.

Xezerxeber.az-ın məlumatına görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi , D yaşayış sahəsinin sakinləri iddia edir ki, "Etibarlı" MTK tərəfindən tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısı 27-ci binanın bütün mənzillərində hiss olunur.

Sakinlər iddia edir ki, yeni inşa olunan binanın bünövrəsi məktəbin stadionuna bitişik olduğundan artıq idman meydançasına da giriş məhdudlaşdırlıb:

290 saylı tam orta məktəbdən bildirildi ki, ara məsafə gözlənilmədən aparılan qazıntı işləri zamanı meydançanın divarları uçma təhlükəsi ilə üz-üzə qalıb. Məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil ocağının rəhbərliyi meydançaya girişi müvəqqəti məhdudlaşdırıb. Bununla bağlı artıq aidiyyəti qurumlara məlumat verilib.

Özünü "Etibarlı" MTK-nın rəsmisi kimi təqdim edən şəxs-Tahir Məmmədov isə tikintinin lazımi qurumlarla razılaşdırldığını dedi.

FHN-dən sorğumuza cavab olaraq bildirildi ki, tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müvafiq qurumlarla razılaşdırılmış layihəyə uyğun yerinə yetirildiyi müəyyən edilib. Qonşuluqda yerləşən məktəbin stadionun istinad divarında hər hansı çatlara rast gəlinməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, aidiyyəti dövlət qurumlarının müvafiq rəyləri əsasında 2 ədəd 9 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə icazə verilib. 






Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap