Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

Tarix 18.04.25, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycanda əhalinin borc yükü artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2024” adlı hesabatda yer alıb.
Bildirilir ki, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18% olub.
Məlumat üçün bildirək ki, borc yükü əhalinin kredit təşkilatları (bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin cəmi məbləğini göstərir. Sərəncamda qalan gəlir isə insanın maaşından (gəlirindən) vergi, sosial sığorta və digər məcburi kəsintilər çıxıldıqdan sonra əlində qalan puldur. Yəni, sərəncamda qalan gəlir xərcləyə biləcəyi real məbləği göstərir.
Ötən il Azərbaycanda sərəncamda qalan vəsaitin iqtisadi fəal əhalinin hər bir nəfərinə düşən orta aylıq məbləği 1 150 manat olub. Borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbətinin 18% olması o deməkdir ki, Azərbaycanda ötən il hər bir nəfərin banklara və BOKT-lara orta hesabla 207 manat aylıq borcu olub.

Müqayisə üçün bildirək ki, bu borc 2023-cü ildə 174 manat, 2022-ci ildə 140 manat, 2021-ci ildə 112 manat, 2020-ci ildə isə 93 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əhalinin (iqtisadi fəal əhali) banklar qarşısındakı borcları son 4 ildə 2,2 dəfə artıb.

Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15%-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib.

Hesabatda bildirilir ki, əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.



Xəbərin oxunma sayı : 1027




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap