Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Heç bir güc Türkiyə dövlətinin prezidentinə barmağını yelləyə bilməz!“ - Ərdoğan İsraili sərt tənqid etdi

Tarix 15.04.26, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında bir sıra önəmli açıqlamalar verib.

Ərdoğan İsrail Baş naziri Netanyahu və onu hədəf alan tərəfdarlarına sərt cavab verib.

"Sosial mediada məni və ölkəmizi təhqir edən uşaq qatillərinə bir daha bəzi faktları xatırladıram. Türkiyə Respublikası adi bir dövlət deyil. Heç bir güc Türkiyəyə və Türkiyə Respublikasının Prezidentinə barmağını yelləyə bilməz. Heç kim bizim təvazökarlığımızı, sağlam düşüncəmizi itaətkar qoyun kimi qəbul etməməlidir, heç kim belə bir xəyal qurmamalıdır. Lazım olduqda torpağın altında şərəflə uzanmağı, torpağın üstündə şərəfsiz yaşamaqdansa, ən böyük şərəf hesab edirik. Tayyib Ərdoğan və bütün yoldaşlarım olaraq hamımız milli himnimizi "qorxma" şüarı ilə başlayan qəhrəman bir millətin övladlarıyıq", -deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri ona dəstək olan siyasətçilərə öz təşəkkrünü bildirib:"Ölkəmizə və mənə qarşı yönəlmiş həyasızlığa qarşı reaksiya verən bütün siyasətçilərə, eləcə də Cümhur İttifaqı tərəfdaşımız, Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalıya təşəkkür edirəm. Məmnuniyyətlə bildirirəm ki, müxtəlif arenalarda millətə xidmət uğrunda mübarizə aparan siyasi partiyaların Türkiyə və Türkiyənin milli qüruru məsələsində göstərdiyi bu ortaq mövqeyi çox dəyərli hesab edirik".







Xəbərin oxunma sayı : 1225




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap