Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

İki tanker Hörmüz boğazını keçməyə cəhd göstərib - “Bloomberg“

Tarix 12.04.26, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


İki boş tanker ABŞ və İran arasında danışıqların yekunlaşması fonunda Hörmüz boğazından Fars körfəzi istiqamətində keçməyə cəhd edib, lakin son anda geri dönüb.

Bu barədə "Bloomberg" agentliyi dəniz nəqliyyatının monitorinq sistemlərinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bir gün əvvəl Hörmüz boğazında İranın Larek adasına üç tanker gedib. Bu keçid məntəqəsində onlardan ikisi - biri Yunanıstan şirkətinə məxsus olan və İraqa yönələn, ikincisi isə Pakistan bayrağı altında BƏƏ-yə gedən tanker geri dönüb.

Qeyd olunur ki, gəmilərin marşrutlarında dəyişikliklər ABŞ və İranın danışıq qruplarının Pakistandakı görüşdə razılığa gələ bilmədikləri elan edilən vaxtda baş verib. Bu, ABŞ, İsrail və İran arasında atəşkəsi təhlükə altına qoyub.

Üçüncü gəmi isə Fars körfəzi istiqamətində keçib, onun təyinat yeri məlum deyil. Agentliyin məlumatına görə, tanker Cənubi Koreyanın "Sinokor Maritime" operatoru tərəfindən idarə olunan "Haut Brion 8 SA" şirkətinə məxsusdur.



Xəbərin oxunma sayı : 1336




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap