![]() |
|














İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatında... - FOTOLAR
Tarix 21.07.24, 16:57 |
|

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.
AzFakt.com xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” və “Politico” Prezident İlham Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verib.
Xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını deyib. Yazılarda dövlətimizin başçısının “Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, onlar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, fikri də oxuculara çatdırılıb.
Dövlət başçısının fikirləri Türkiyənin aparıcı media orqanları tərəfindən də geniş işıqlandırılıb.
“TRT Haber”, “Akit”, “Star”, “Aydınlık” portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşündə iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasına doğru atılan önəmli bir addım olduğunu bildirib. Deyib ki, biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq.
Anadolu Agentliyi, “Haberler” saytı isə Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.
“Akşam” portalı, “TRT Avaz” kanalının saytı isə dövlətimizin başçısının “Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik” fikrini oxucuların diqqətinə çatdırıb. Qardaş ölkənin digər mətbuat orqanları da Azərbaycan Prezidentinin fikirlərini geniş oxucu kütləsinə təqdim edib.
Almaniyanın “Berliner-zeitung” nəşrində yayımlanan məqalədə Prezident İlham Əliyevin Forumun açılışında COP29-da Azərbaycanın prioritetləri barədə qısa məlumat verdikdən sonra ştirakçıların suallarını cavablandırdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın COP29 təşkilatçılarının diqqəti formatın səmərəliliyini artırmağa yönəlib. COP29-da ən kritik açıq suallardan biri iqlim-neytral qlobal iqtisadiyyata çevrilmə ilə bağlı yüklərin bölüşdürülməsi olacaq. Gözlənilən xərclər milyardlarla məhdudlaşmayacaq, trilyonlarla dollar tələb edəcək. İnkişaf etmiş və az inkişaf etmiş ölkələr arasında maliyyələşmə və yüklərin ədalətli bölüşdürülməsi yolları tapılmalıddır. Azərbaycan, eyni zamanda, “Troyka” formatını təqdim edib.
Pakistanın “Associated Press” nəşri yazır ki, Forumdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Pakistan mediasının daha geniş əməkdaşlığa kömək etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün birgə media təşəbbüsünə zəmin hazırlayan dəstəyini yüksək qiymətləndirib. Portal dövlətimizin başçısının bu fikrinə diqqət çəkib: “Biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək”.
Məqalədə, həmçinin iki ölkə arasında münasibətlərə toxunulub, Azərbaycanın və Pakistanın gələcək illərdə də tərəfdaşlıqlarını gücləndirməyə hazır olduqları vurğulanıb, Prezident İlham Əliyevin İslamabada son səfəri zamanı müxtəlif məsələlərin müzakirə olunduğu, 17 müqavilənin mübadiləsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

İtaliyanın media orqanları da Azərbaycan Prezidentinin Şuşa Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
Ölkənin “Color News”, “Agenzia Nova”, “Avia-pro”, “MarketScreener” kimi xəbər portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb.
Yazılarda Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib: “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir”.

Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin ölkəmizin Fransa müstəmləkə ərazilərinə öz müstəqilliyini təmin etməyə kömək edəcəyini bildirdiyi qeyd olunub. Bir çox ölkənin keçmişdə kolonializmin qurbanı olduğunu və hələ də bundan əziyyət çəkdiyini vurğulayan ölkəmizin başçısının bu fikirlərinə yer verilib: “Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”.
Həmçinin yazlarda Azərbaycanın Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya tranzit nəqlinin davam etdirilməsinə nikbin baxdığı qeyd olunub. Prezident İlham Əliyevin ölkəmizin bu məsələ ilə bağlı Rusiya ilə danışıqlar apardığını, Azərbaycanın burada yardımçı olmaq istədiyini və müqavilənin uzadılmasının mümkünlüyünü qeyd etdiyi bildirilib.
Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin ölkəmiz ilə Rusiya arasındakı ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələnin mövcud olmadığını, bütün məsələlərin qarşılıqlı anlaşma, hörmət, maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlandığını bildirdiyi qeyd olunub.
Rusiya mediası da Azərbaycan Prezidentinin Forumdakı fikirlərini diqqət mərkəzində saxlayıb.
TASS, “İnterfax” agentlikləri, “Vestikavkaza”, “Aif”, “Ren.tv”, “News.ru” və digər mətbu orqanlarında dərc olunan informasiyalarda dövlətimizin başçısının müxtəlif mövzularla bağlı fikirləri təqdim olunub.
TASS agentliyi Azərbaycan Prezidentinin Avropaya qaz təchizatı ilə bağlı bu fikrini sitat olaraq gətirib: “Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər”.
Agentlik dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşləri, həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərinə dair fikirlərini də oxucularına çatdırıb.
“İnterfax” isə yazır ki, Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə dair fikirlərini belə ifadə edib: “İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq”.
“Vestikavkaza”da dərc olunan materialda isə dövlətimizin başçısına istinadla qeyd edilir: “Cənubi Qafqaz ölkələrinin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir”.

“News.ru” portalı isə yazır ki, Azərbaycanın dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın Britaniyada Cənubi Qafqazda böhranın həlli üzrə danışıqlardan imtina etməsinin sülh sazişinin imzalanmasının mümkünlüyünə zərbə vurduğunu bildirib.
Ukraynanın “RBK-Ukrayna”, UNIAN, “Yevropeyskaya Pravda”, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb.
“RBK-Ukrayna” agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, əlindən gələni əsirgəməyəcəyini vəd edib. O deyib ki, Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir.

“RBK-Ukrayna” saytındə dərc edilən digər məlumatda isə dövlətimizin başçısının Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə fikirləri yer alıb.
“Yevropeyskaya Pravda” nəşrinin məqaləsində yazılır ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb. Bu saytda dərc edilən digər məqalədə isə, dövlətimizin başçısının kolonializmdən əziyyət çəkən bütün xalqlara dəstəyinə dair fikirlər oxucuların diqqətinə çatdırılıb.
UNIAN, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər xəbər portallarında dərc olunan məqalələrdə də bu mövzulara diqqət yetilirib.
Ərəb mətbuatı da Şuşa Forumu barədə məlumatları geniş işıqlandırıb.

Misirin “Mena” xəbər agentliyinin, “akhbarelyom”, “amanataljouf” portallarının yaydıqları materiallarda Prezident İlham Əliyev iqlim dəyişikliyi nəticəsində yaranan fəsadlara qarşı mübarizə yolları ilə bağlı məsələlərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqelərində etimad boşluğunu azaltmaq üçün ölkəsinin səylərini diqqətə çatdırdığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 bu ölkənin təmiz enerjinin inkişafı planlarının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı qlobal tendensiyanı dəstəklədiyini göstərir.
Yazıda dövlət başçısının zəngin ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin yaratdığı fəsadlarla mübarizə aparmağa kömək etməli olmaları ilə bağlı fikirləri də əksini tapıb.
Vurğulanıb ki, Prezident İlham Əliyev xarici mətbuatda Azərbaycanla bağlı çoxlu yalan məlumatın və xəbərlərin dərc olunduğuna diqqət çəkərək bildirib: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi”. Dövlət başçısı xarici medianın obyektivliyə riayət edəcəyinə ümidvarlığını da bildirib.
Məqalələrdə, eyni zamanda, dövlətimizin başçısının Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir” fikirləri də misirli oxucuların diqqətinə çatdırılıb.
Birləşmiş Ərəb Əmirliklərinin “WAM” agentliyi də Şuşa Forumuna yer ayırıb. Qeyd olunub ki, forumda inkişafa və qlobal sabitliyə ən mühüm təhlükələrdən biri olan yalan məlumatların müasir informasiya mühitində sürətlə yayılması araşdırılır, müxtəlif media orqanlarında texnologiyanın təqdim etdiyi çoxsaylı imkanlar, davamlı artım nəzərdən keçirilir, informasiya kanallarında və düzgün ictimai məlumat üçün sistemlərin formalaşdırılması ilə bağlı yeni yanaşmalara, alətlərə və mexanizmlərə ehtiyacla bağlı müzakirələr aparılır.
Bildirilib ki, Forum iştirakçıları rəqəmsal əsrdə dezinformasiyanın yaratdığı çətinliklərlə mübarizə aparmaq üçün innovativ metodları və proaktiv strategiyaları araşdırmağa, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı dəstəkləməyə və genişləndirməyə çalışırlar.
Qırğızıstanın “turktoday.info” informasiya agentliyi də Qlobal Media Forumundan yazıb.

Agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı fikirlərinə xüsusi diqqət çəkib.
Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.
Dövlət başçısının Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib. Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, qeyd olunub ki, Prezident, həmçinin Pakistan mediasında da hər zaman qardaş dəstəyi gördüyünü vurğulayıb.
Prezident İlham Əliyevin “Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun” fikri də qırğız oxucuların diqqətinə çatdırılıb.
Şuşa Forumu Gürcüstan portalları tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırdığını qeyd edib.
Əsasən AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlət başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.
“Aktual.ge” portalı dövlət başçısının bu fikrini sitat gətirib: “Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək”.

Rumıniyanın “Gandul”, Bolqarıstanın “Episentr”, “Seqa” və digər nəşrləri də Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurmasını, Qoşulmama Hərəkatına sədrliyini, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlərini geniş oxucu kütləsinə təqdim ediblər.
Yazılarda xüsusilə Azərbaycan-Fransa münasibətləri təhlil olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qoşulmama Hərəkatının bir çox üzvünün keçmişdə kolonializmin qurbanı olduğunu deyib. Dövlət başçısı deyib ki, Azərbaycan bu ölkələrə keçmişin iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir. Bu ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrindən bu sitat gətirilib: “Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik”.
Özbəkistanın milli xəbər agentliyində (UZA) dərc olunan “Dünya mediası Azərbaycanda dezinformasiyaya qarşı mübarizə məsələlərini müzakirə edir” sərlövhəli materialda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda 50-dən çox ölkədən media nümayəndələrinin iştirak etdikləri bildirilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti çıxışında süni intellekt məsələsinə toxunub, bəzi ölkələrin süni intellekt tərəfindən manipulyasiyaya məruz qala biləcəyini söyləyib. Onun bir tərəfdən müxtəlif sahələrdə işləri asanlaşdırdığını, lakin, eyni zamanda, bir sıra şəxsləri qurbana çevirə biləcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyev bunun çox ciddi təhdid olduğunu deyib, buna son qoyulması üçün beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə biləcəyini vurğulayıb.

“Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”. Dövlətimizin başçısının bu fikirləri isə Qazaxıstanın “Kazinform” agentliyində Şuşa Forumu ilə bağlı dərc olunan məqalədə yer alıb. Yazıda Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurması, Qoşulmama Hərəkatına sədrliyi, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlər geniş oxucu kütləsinə təqdim olunub.
Bundan əlavə, Avstriyanın “ORF”, Səudiyyə Ərəbistanının “Argaam”, Yunanıstanın “Power Game”, Makedoniyanın “MİA”, Polşanın “GEOPOLITYKA.ORG” informasiya portalları Azərbaycan Prezidentinin Rusiya Qazının Ukrayna ərazisi ilə Avropaya çatdırılması imkanlarına dair fikirlərinə xüsusi diqqət ayırıb.
Qeyd edək ki, dünya mediası “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundan yazmaqda davam edir.
Qafqazinfo.az
Xəbərin oxunma sayı : 739
Sosial
Xəbərlər
-
DTX-dən Qaxda əməliyyat - İcra başçısı saxlanıldı
-
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - Fotolar
-
Bakının üç rayonuna prokuror təyin edildi - Kamran Əliyevdən əmr
-
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
-
Prezident Çin və Küveytlə bağlı sənədləri - Təsdiqlədi
-
“Laçın hava limanı barədə təəssüratlarım möhtəşəmdir“ - Rusiya səfiri
-
“Madam Ruxa” gözəllik salonunda müştərinin dərisi yanıb - Şikayət
-
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“İran həmişə sülh və sabitlik axtarışında olub“ - Pezeşkian
-
Bir vaxtlar zibil idi, indi qızıldan baha: Kilosu 300 manat…
-
Paşinyan Türkiyəyə səfərə gedib - Ərdoğan onu qəbul edəcək
-
Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq - Dəyişiklik
-
Azərbaycan hansı ölkələrə nə qədər investisiya yatırıb? - Siyahı
-
Prezident Laziz Kudratovu qəbul edib - FOTO
-
“Gəncəli Mübariz“in oğlunun şikayəti təmin edilmədi - İş adamı bəraət aldı
-
İran İsraili ən yeni ballistik raketlə vurdu - VİDEOLAR
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR
-
Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO
-
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunun buraxılış mərasimində - FOTO/VİDEO
-
Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO
-
Fərhad Əhmədovdan milyonlarla dollar rüşvət alınıb - Məhkəmə başlayır
-
Elan saytından maşın almaq istədi, 450 manat ziyana düşdü - VİDEO
-
“İran nüvə bombası hazırlamırdı“ - Qrossi
-
Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır - VİDEO
-
“Azərbaycan” məhəlləsinin açılışından FOTOLAR
-
Prezidentlər Maraş dondurması yedi - VİDEO
-
MTN generallarının əmlakı satıldı - Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
-
Tramp İrala bağlı iki həftə ərzində qərar qəbul edəcək - Ağ Ev
-
Prezident Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - Ərdoğan yola saldı
-
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
-
Ərdoğandan tarixi cümlə... - “Könül candan, Türkiyə Azərbaycandan ayrıla bilərmi?...”
-
Prezident Administrasiyasında görüş - Ədalət Vəliyevlə Adəm Bakuvi arasında
-
“Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik” - İlham Əliyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bloqerin qadınlarla sərgüzəştləri: onları videoya çəkdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
-
Kahramanmaraşda “Azərbaycan“ məhəlləsinin açılış mərasimi keçirilir - CANLI YAYIM
-
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
-
Ata qızını vəhşicəsinə döyərək ölümünü izləyib - TƏFƏRRÜAT
-
Gözləri görməsə də, qətl törətmişdi - 15 il cəza verildi
-
İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi - FOTOLAR
-
Tramp İrana hücum planını təsdiqləyib - Əmri gözlədir
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? - Qızı hər şeyi açıqladı
-
Azərbaycanda kriptovalyuta dələduzluğu: Arvadının 55 min manatını ələ keçirdi
-
“İran-İsrail münaqişəsinin coğrafi genişlənməsi təhlükəsi var“ - Kreml
-
Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiya dəyişir
-
Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTO
-
Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşısı siyahısında - SİYAHI
-
İş adamı Hafiz Məmmədov kirayədə qalır - Bütün əmlakını satıb
-
“Netanyahunu dayandırın“ - Madurodan çağırış
-
Laçında su anbarı istifadəyə verildi - Fotolar
-
Rəsmi Bakı İsrail rəhbərliyinə yenidən müraciət etdi - “Ərdəbilin vurulması narahatlıq yaradıb“
-
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
-
Bakıda binanın damında tikilən hovuz söküldü - Fotolar
-
Yeni komisiya yaradıldı - Əli Əsədov sədr, onlar üzv oldu (SİYAHI)
-
“Azərbaycan məhəlləsi“ndə 49 056 iş və yaşayış yeri inşa olunub“ - Ərdoğan
-
Çimərliklərdə yoxlama aparılıb - Nöqsanlar aşkarlanıb
-
“Əmək pensiyaları haqqında” qnaun dəyişir - Kimlərə güzəşt olunacaq?
-
Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi - FOTO
-
Tramp ABŞ-nin İrana mümkün hücumunun uğurlu olacağına şübhə edir - “Axios“
-
Paytaxtda tikinti şirkətinin apardığı işlər yolu yararsız hala saldı - ŞİKAYƏT VİDEO
-
Roliklə nəqliyyat vasitələrinin arası ilə şütüyən gəncləri hansı cəza gözləyir? - VİDEO
-
Azərbaycanda yük maşınının sürücüsünə fantastik məbləğdə cərimə yazıldı - VİDEO
-
Putin və Tramp arasında şəxsi görüşün təşkili hazırda müzakirə olunmur - Peskov
-
Goranboyda əkin sahələri suvarıla bilinmir - VİDEO
-
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
-
Bakıda 90 il əvvəl istimarı başa çatan bina hələ də sökülmür - VİDEO
-
İlham Əliyev sabah Türkiyəyə gedəcək - Aktual regional proseslər müzakirə ediləcək
-
Bakıda dələduzluq epidemiyası - Polis 1 gündə 10 dələduzu yaxaladı
-
Nazirlikdə büdcəni belə talayıblar ... - 17 ildə nə qədər mənimsənilib?
-
Sevgilisi azadlığa çıxanda şikayət etmişdi - İndi “barışmışıq” deyir
-
“Solovyovun çıxışına görə üzr gözləyirik” - MEDİA
-
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K“ Firması kimindir?
-
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib - Hesabat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana ikinci əl paltarlar hansı ölkələrdən və neçəyə gətirilib? - Tam siyahı
-
“İranla heç bir danışıq aparılmır“ - İsrail XİN rəhbəri
-
Azərbaycanda kazinolar yalnız bu ərazilərdə təşkil olunacaq - Səbəb açıqlandı
-
Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər - Məleykə Abbaszadə
-
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir? - VİDEO
-
Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? - Analiz
-
Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
-
Ağciyər Xəstəlikləri İnstitutunda faciə: Xəstə üçüncü mərtəbədən yıxıldı
-
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini kim himayə edir? - FOTOLAR
-
Prezidentdən simpozium iştirakçılarına - Müraciət
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və proqnozlar
-
Beyləqanda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar
-
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı -10 min manat cərimə olundu
-
Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL
-
“İsrail-İran qarşıdurması bir neçə həftədən artıq davam etməyəcək“ - Fitch
-
Kamran Əliyev Ləmbəranskini işdən çıxardı - FOTO
-
ABŞ və müttəfiqləri Fars körfəzində hərbi mövqelərini gücləndirir - İranla qarşıdurma dərinləşir
-
İcra başçısına sui-qəsd hazırlayan şəxsə - Ağır cəza verildi
-
Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə
-
Seyid Əli Xameneyi elan etdi:“Döyüş başlayır”
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
İran “MOSSAD“-ın binasını vurdu - VİDEO
-
Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub
-
Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
-
“Ağdamlı Dəmir” yol polisinə tabe olmadı: Üstünə maşın sürdü - VİDEO
-
Zərərçəkənlər danışdı, Vardanyan dinlədi - Fotolar
-
İnam Kərimov Gürcüstan nümayəndə heyəti ilə görüşdü - Fotolar
-
Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda yol infrastrukturunun yenilənməsi davam edir - Fotolar
-
Sirli “ZN Trade“ yenə qalib seçildi - Şirkəti agentliklə nə bağlayır?
-
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
-
“Mərcan“ klinikasında ölüm faktı - Nigar Məmmədovnın adı plastik cərrahların siyahısında yoxdur
-
Nazirlər Kabinetindən dəyişiklik - 4 gün ardıcıl iş günü olmayacaq
-
Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
-
İçərişəhərdə hotelə çevrilən tarixi bina satılır - QİYMƏT
-
Kamran Əliyevdən əmr - 2 rayona prokuror təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək“ - Müdafiə naziri
-
“Çinin G7-yə qoşulmasının əleyhinə deyiləm” - Tramp
-
İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
Krıma görə sanksiyaların müddəti uzadıldı - Aİ Şurası yeni qərar verdi
-
“Bu gün Tehrana yeni zərbələr endiriləcək“ - İsrail müdafiə naziri
-
“Dedi ki, xanım generala hədiyyə almaq lazımdır” - Dələduzluq işinin ŞOK detalları
TOP 10
ARXİV