Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“KOB-ların qeyri-neft ixracında payı 60 %-ə çatıb” - Mikayıl Cabbarov

Tarix 01.12.22, 13:41

Font ölçüsü : - / +
bitmap-img6


“KOB-ların qeyri-neft ixracında payı 60 %-ə çatıb”...

Azərbaycanda 2021-ci ilin yekununda kiçik və orta biznes (KOB) subyektlərinin qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə payı 27,5 %-ə, qeyri-neft-qaz ixracında payı isə 2020-ci ilin yekunundakı 31,8 %-dən 59,8 %-ə çatıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında nazir Mikayıl Cabbarov bildirib.

“Azərbaycanda bizneslərin 99,6 %-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Ötən il bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 20 milyard ABŞ dollarına yaxın olub və ümumi biznes dövriyyəsinin 32%-dən çoxunu, qeyri-neft-qaz ÜDM-nin isə 56,5%-ni təşkil edib”, - deyə o qeyd edib.

"KOB-ların inkişafı bizim üçün prioritetdir. Çünki, onlar istənilən ölkədə iqtisadiyyatın inkişaf tempini səciyyəələndirir. Azərbaycan hətta SSRİ dövründə sahibkarlıqla bağlı bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirməyə müvəffəq olub. Soruşa bilərsiniz ki, mərkəzləşdirilmiş və planlaşdırılan iqtisadiyyatda bu necə mümkün idi? Bu, qeyri-formal iqtisadiyyat olaraq fəaliyyət göstərib. Qeyri-formal iqtisadiyyat deyəndə biz mütləq qaydada qeyri-qanuni fəaliyyətləri nəzərdə tutmuruq. Sadəcə real sektoru tamamlayan tərəfləri qeyd edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafına təsir göstərən böyük amillərdən biri ölkə ərazisinin işğalı idi və əhalinin bir qisminin qaçqınlara çevrilməsi idi, iqtisadiyyat bu amili nəzərə almalı idi. Çünki bu, iqtisadi tənəzzülə və ÜDM-nin azalmasına səbəb olan amil idi. Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində uğura nail olduqdan sonra vəziyyət dəyişdi. Bizim göstəricilərimizdə mənfəət artmağa başladı", - deyə M.Cabbarov əlavə edib.



Xəbərin oxunma sayı : 532




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap