Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İlham Əliyev Türkiyədə açılışda iştirak etdi - Prezidentlərin çıxışı + VİDEOLAR

Tarix 14.05.22, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Rize şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanın açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Dövlət başçıları hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.


Azərbaycan Prezidenti İlham Əliyev Rize-Artvin hava limanının açılış mərasimində çıxış edib.

Dövlət başçısı iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib.

İlham Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsində yüksəldiyini vurğulayıb: “Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamlar gətirmişəm.

İlk növbədə əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.

Bunlar arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, yollar, körpülər, məktəblər, xəstəxanalar - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir. Bütün bu işlərin mərkəzində insan faktoru dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə”

İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq. Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu”, - Prezident vurğulayıb

“Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib.“Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında birgə bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, - Prezident vurğulayıb.

Azərbaycan Prezidentindən sonra çıxış üçün söz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.

"Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda, Liviyada, Qabarda, Cudidə özünü göstərdi.Türkiyənin demokratiya və inkişaf yolu 2 əsrlik bir uğur hekayəsidir. Bu, özündə imperialist güclərə qarşı mübarizəni ehtiva edir. Bunu Qarabağda, Liviyada, Qabarda, Cudidə terror təşkilatlarına qarşı mübarizə zamanı təsdiqlədik”, - o söyləyib.

***
Prezident İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.







Xəbərin oxunma sayı : 1336




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap