Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimlərdir? - FOTO

Tarix 27.09.21, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Oxu.Az xəbər verir ki, yürüş iştirakçıları əllərində şəhidlərimizin fotosu olan plakatları tutublar. Yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. 

Tədbir zamanı İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur. 

Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. O,  1999-2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. A.İbrahimli 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin ötən il dekabrın 9-da imzaladığı sərəncamı ilə, ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə, o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz isə 10 aylıq Narin Teymur qızı Xalıqovadır. 

Narin Xalıqova ötən il oktyabrın 16-da erməni silahlı birləşmələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhid olub. N.Xalıqova ilə yanaşı, anası Sevil Xalıqova da həmin hücumda həyatını itirənlərdəndir. 











Xəbərin oxunma sayı : 808




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap