Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İlk oyunun qalibi Ekvador oldu - DÇ-2022

Tarix 20.11.22, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə sayca 22-ci dünya çempionatına start verilib.

Qol.az xəbər verir ki, Qətərdə keçiriləcək mundialın açılış günündə meydan sahibləri Ekvadorla qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

A qrupunun digər oyununda sabah Bakı vaxtı ilə saat 20:00-da Seneqal Niderlandla qarşılaşacaq.

20 noyabr

Dünya çempionatı

A qrupu

20:00.Qətər - Ekvador - 0:2 

Qol: Valensiya,  16-pen, 32

29 gün davam edəcək futbol bayramında 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatacaq. Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçiriləcək, bundan sonra dünya çempionatına üç günlük fasilə veriləcək.

Dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-ü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək

Qeyd edək ki, ilk dəfədir ki, dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Bu yarış həm də 32 komandanın iştirakı ilə keçiriləcək sonuncu mundial olacaq. Artıq 2026-cı ildən dünya çempionatında 48 komanda mübarizə aparacaq.

DÇ-2022-də qrupların tərkibi

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya



Xəbərin oxunma sayı : 319




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap