Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Müğənni siqaret çəkib, içki içməməlidir“ - Brilliant Dadaşova

Tarix 09.10.21, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


"Bəziləri müğənnini görünüşünə, bəzisi isə qulağı ilə sevir. Elə bu da qadın kimidir: elə qadınlar var ki, qulağı ilə sevir, gözəl sözlərə aldanır. Eləsi də var ki, zahiri görünüşə, intellektə baxır. Həm də maddiyat böyük rol oynayır. Həyat tərzi çox bahalaşıb. Musiqidə də böyük vəsaitlər var. Bizim sənət bahalıdır. Mahnı almaqdan, studiyaya qədər xərclənən pullar... Bir şeyi iki dəfə geyinəndə zəng edirlər ki, onu geyinmişdin də".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Özəl" proqramında deyib. O, müğənnilik sənətinin bahalı olmasından danışıb. Dadaşova bildirib ki, sənət adamları bir geyimi iki dəfə geyinə bilmir.

Müğənni eyni zamanda gənclərin həyat yoldaşı seçimindən gileylənib:

"İndi gənclər üçün öz yarısını tapmaq çətindir. Bu barədə bəxdim çoxdan açılıb. Qızlar əfsuslar olsun ki, özündənrazı oğlanları seçirlər. Oğlan heç vaxt özündənrazı olmamalıdır. Qıza heyran olmalıdır".

B.Dadaşova Türkiyədə məşhurlaşmaq üçün pul xərcləməyin əleyhinə olduğunu açıqlayıb:

"Əleyhinəyəm ətək-ətək pullar xərcləyib, başqa ölkədə tanınmağın. Rusiya, Norveç və ardından Türkiyədən təklif almışdım. Heç vaxt gedib pul xərcləmərəm. Orada iki-üç diskim çıxdı. Onlar mənə deyirdilər ki, bir yerdə tanınmaq üçün orada qalmaq lazımdır. Ona görə də əlaqə pozuldu. Türkiyədə mənə indi də təklif var, orada dərs demək. Amma orada yaşamalıyam".

Son vaxtlar ifaçıların efirdə canlı oxumamasından gileylənən Brillinat "Səhnə adamları siqaret çəkir, səslərinə pis təsir edir. Bunun fərqində olmurlar. Bunu deyəndə çoxları inciyir. Səhnə adamı idmançı kimi olmalıdır. Onun siqareti, spirtli içkisi olmamalıdır" sözlərini söyləyib.



Xəbərin oxunma sayı : 868




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap