Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mübarizəmi bu sistemin daxilində aparacam“ - İstefası qəbul edilməyən institut rəhbərindən AÇIQLAMA

Tarix 22.01.22, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


“AMEA prezidenti Ramiz Mehdiyevin 19 yanvar 2022-ci ildə Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun rəhbəri kimi mənim haqqımda, o cümlədən institut haqqında söylədiyi əsassız və qeyri-obyektiv fikirləri barədə açıqlamam geniş ictimai əks-səda yaratdı. Müzakirələr zamanı bu açıqlama ətrafında həm müsbət, həm də tənqidi qeydlərini bildirən hər kəsə təşəkkür edirəm”.

Bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib.

K.Şükürov qeyd edib ki, 21 yanvarda bir tərəfdən Akademiya prezidentinin qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən AMEA sistemindəki digər elmi fəaliyyətindən istefa haqqında ərizəsini şəxsən təqdim edib: “Mediadan bildim ki, istefa ərizəm qəbul edilməyib. Bu çarəsiz qərar AMEA prezidentinin demokratik çağırışları qəbul etməyə qadir olmadığını göstərdi. Ona görə də Tarix İnstitutundakı vəzifəmi davam etdirəcək, AMEA-da köklü islahatlar aparılması və müasir intellektual dəyişikliklər dövrünün tələblərinə cavab verməsi naminə mübarizəmi bu sistemin öz daxilində aparacaq, Tarix İnstitutu qarşısında qoyulan hədəflərə nail olmağa çalışacağam”.

Professor bildirib ki, yaranmış vəziyyət sadəcə AMEA-nın prezidenti ilə institut rəhbəri arasındakı münasibət kimi nəzərdən keçirilməməlidir: “Burada Azərbaycan elminin bu günü və perspektivi də nəzərə alınmalıdır. Nəhayət, elə bir mühit yaradılmalıdır ki, Azərbaycan elmin təşkili, idarə olunması və uğurları ilə ölkənin qürur mənbələrindən birinə çevrilsin”.

Qeyd edək ki, tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap