Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Müharibədən sonra Azərbaycanda düzgün seçkilər keçirilməlidir” – İlqar Məmmədov

Tarix 21.10.21, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün keçirilən format inkişaf etdirilməlidir”.

Bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, müharibənin yaratdığı yeni gerçəkləri müzakirə edilir: “Bu gerçəklər bəlkə də müharibədən əvvəl yaranıb. Bu dialoq mühitinin yaradılması ilə də bağlı idi. Eyni zamanda 14 iyul mitinqini də unutmamalıyıq. Azərbaycanda uzun illər sərbəst toplaşmaq azadlığı lazımsız qədər məhdudlaşdırılırdı. Lakin ölkədə SMS rejimi, pandemiya ilə bağlı ən sərt məhdudiyyətlərin olduğu məqamda on minlərlə azərbaycanlı meydanlara axışaraq, qələbə tələb etdi. Onların tələbini unutmaq olmaz. Azərbaycan vətəndaşları istənilən qəhrəmanlığı göstərməyə hazır olduğunu həmin mitinqdə göstərdi. O mitinqin mahiyyətini düzgün oxumaq lazımdır. Azərbaycanlılar həmin vaxt sosial problemlərdən yorulmuşdu. Çünki neçə illər idi, onlara deyilirdi ki, Qarabağ boyda problemimiz olduğu üçün digər problemlər həll edilə bilmir. Müharibədən sonra Azərbaycanda düzgün seçkilər keçirilməli, Avropa Məhkəməsinin qərarları icra olunmalıdır. Avropa Məhkəməsinin qərarlarının icrasına görə axırıncı yerdəyik. Ən əsası Azərbaycana vəsaitlər cəlb edilməlidir. Qarabağın bərpası üçün 50 milyard vəsait tələb olunur. Təkcə dövlət xətti ilə bura xarici şirkətləri cəlb etməklə oraları bərpa etmək olmaz. Oranı bərpa etmək üçün neft pulu, qaz pulu kifayət etməyəcək. Oraları biz özəl sərmayələrin axması şəraitində bərpa edə bilərik. Amma qanunlar tam icra olunmadan, düzgün seçki keçirilmədən o vəsaitlər bura axmayacaq”.



Xəbərin oxunma sayı : 883




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap