“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İmişlidə 35 nəfərin adı keçən iş fırıldağı: Qayınata və gəlin necə aldandı?

Tarix 18.01.26, 15:46

Font ölçüsü : - / +
bitmap-img6

İmişlidə 35 nəfərin adı keçən iş fırıldağı: Qayınata və gəlin necə aldandı?FOTO

  745  18.01.2026 10:39  Kriminal A  A 
İmişli rayon sakini Kərim Qasımov Qasıməli oğlu işə düzəltmək vədi ilə aldadıldığını iddia edir. O, bununla bağlı Musavat.com-a müraciət edərək bildirib ki, həmkəndlisi Mətanət Mahmudova Məmmədhəsən qızı onu və gəlinini İmişli Şəkər Zavodunda işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 800 manat pulunu mənimsəyib.

Şikayətçinin sözlərinə görə, Mətanət Mahmudova həmin məbləğin müqabilində onu ayda 680 manat maaşla nəzarətçi, gəlinini isə 500 manat əməkhaqqı ilə paketləyici vəzifəsinə düzəldəcəyinə söz verib. Bildirilir ki, pul 2025-ci il dekabrın 12-də Mətanət Mahmudovaya məxsus bank kartına köçürülüb. O isə 3–4 gün ərzində işə başlayacaqlarını deyib.

“Dekabrın 22-də telefonuma gizli nömrədən zəng gəldi. Zəng edən şəxs gözləməyimi, özlərinin mənə zəng edəcəklərini bildirdi. Sonradan məlum oldu ki, bu nömrə də Mətanət Mahmudovaya məxsusdur. Lakin uzun müddət keçməsinə baxmayaraq, heç kim mənimlə əlaqə saxlamadı. Bundan sonra İmişli Şəkər Zavoduna getdim. Orada mənə bildirdilər ki, zavodda işə qəbul yoxdur və rəhbərlik adından heç kimə zəng edilməyib”, – deyə K.Qasımov bildirib.

Onun sözlərinə görə, zavod rəhbərliyi həmin şəxsin bu üsulla artıq 35 nəfəri aldatdığını da qeyd edib. Şikayətçi bununla bağlı 2025-ci il dekabrın 26-da İmişli Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət etdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, daha 8–10 nəfər də eyni məsələ ilə bağlı polisə şikayət edib.

“Daha sonra nəticəni öyrənmək üçün polisə müraciət etdim. Mənə bildirildi ki, cinayət tərkibi olmadığı üçün işə xitam verilib və materiallar sahə müvəkkili Emin adlı əməkdaşa verilib. Qərarın surətini isə yalnız polis rəisinə şikayət etdikdən sonra ala bildim. Həmin qərarda göstərilirdi ki, guya məndən və gəlinimdən başqa bütün şikayətçilərin pulları qaytarılıb və onlar şikayətlərini geri götürüblər”, – deyə şikayətçi vurğulayıb.

Kərim Qasımov bildirir ki, yanvarın 16-da sahə müvəkkili Emin adlı əməkdaşla əlaqə saxlayaraq, işin aqibətini soruşub. Ona şikayətinin guya qeydə alınmadığı bildirilib. Hazırda iş məhkəməyə göndərilməyib və pul vəsaiti də geri qaytarılmayıb.



Xəbərin oxunma sayı : 778




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap