Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Milano Hospitalda“ qanunsuz estetik əməliyyat - Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”

Tarix 07.03.26, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Tibbi təhsili olmayan  Vəfa “Gündoğan” yoxsa “Barisovna” adlı həkim kimdir? 

Son zamanlar estetik əməliyyatlaral bağlı sosial platformalarda şikayətlər səngimir.

Estetik əməliyyatlar və prosedurlar zamanı  tibbi təhsili olmayan” həkimlər”in yaratdığı qüsurlar insanların üzlərində növbəti əməliyyatlarda da belə aparıla bilmir.  Bu kimi hadisələrə hüquq-mühafizə orqanları ciddi mübarizə aparır,lakin bəzi klinikalarda belə hallar davam etməkdədir.
 
AzFakt.com-a daxil olan məlumata görə, “Milano Hospital”da  heç bir ali tibbi təhslili olmayan həkim sertifikasiyasında keçməyən əvvəl Vəfa “Gündoğan”, indi isə “Borisovna” adlı həkim estetik əməliyyatlar icra etdiyi iddia edilir.  

Təqdim etdiyimiz görüntülərdə pasiyent “Milano Hospital”da Vəfa adlı həkimin qəbulunda olublar. Estetik əməliyyat olunması üçün “üzgərmə əməliyyatı ”  “Milano Hospitalda Vəfa adlı “həkim”lə  5500  manata razılaşıblar. Həkim məsləhəti ilə təcrübəli anestezioloq əməliyyatda iştirak edəcəyi bildirilir hətta tarixdə seçirlər 18 fevral lakin həkimin həmin gün doğum günü olduğu üçün 19 fevrala təyin olunur. 

Pasiyentin Vəfa ”həkim”dən nə qədər vaxta sağalacağını soruşduqda isə, saxta həkim ”15 gün sonra tikişlər açılacaq və normal həyata qayıdacaqsız, həmçinin narkozdan ayılacaqsız”, deyə cavabı verir.
 
Güzgü önündə pasiyent Vəfa “həkimə” sual verərək, “siz əməliyyatı icra edəksiz”, deyə bir neçə dəfə soruşur və Vəfa “həkim”də əməliyyatatın onun tərəfindən aparılacağını təsdiq edir.

Bundan sonra da, sövdələşmə və digər tibbi prosedurlar barədə danışıqlar aparılır. Lakin məsələnin maraqlı tərəfi budur ki, heç bir ali tibbi təhsli olmayan həkim setifikasiyasında keçəməyən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin estetik əməliyyat icra edən həkimlərin siyahısnda adı olmayan şəxs hansı əsaslarla “Milano Hospitalı”nda estetik əməliyyatlar edir. 

Qanunvericliyə əsasən bu cinayət əməlidir və məsuliyyətə səbəb olur və “Milano Hospital” buna görə məsuliyyətə cəlb edilməli, Səhiyyə Nazirliyi isə bu hospitalın fəaliyyətinə son verməlidir.

“Milano hospitalı” ilə əlaqə saxlanılıb və hospitaldan bildiriblər ki, orada Vəfa adlı estetik əməliyyat edən həkim yoxdur. Sosilal platformalarda özünü Dr. Vəfa əvvəl “Gündoğan” indi isə “Borisovna” adı ilə təqdim edən şəxs Rəşad doktorun köməkçisidir. 

Lakin görüntülərdədə məlum olur ki “Milano Hospital”ı Vəfa əvvəl “Gündoğan” indi isə “Borisovna”naya geniş şərait yaradılıb və estetik əməliyyat etməyə icazə verilib.

Bəs Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu kimi hallara niyə göz yumur?

Qeyd edək ki, son illərdə tibb təhsili olmayan şəxslərin estetik əməliyyat etmələri ilə bağlı çoxsaylı məlumatlar, sübutlar yayılıb. Lakin Səhiyyə Nazirliyinin bu kimi hallara göz yumması müəmmadır. Bu göz yumma isə, tibbi təhsili olmayan şəxslərin əməliyyat otaqlarında “at oynatmasını” kütləvi hala gətirir.

Xəbərdə adı keçən şəxslərində və aidiyyatı qurumlarında  fikirlərini yayımlamağa hazırıq.





Xəbərin oxunma sayı : 2158




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap