Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Minlərlə uşaq bağçaya gedə bilmir” - Fazil Mustafa qanunun icrasını tənqid etdi

Tarix 10.02.26, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


“Bu qanunda ciddi yenilik, dəyişiklər var. Amma qanunun icra mexanizminə diqqət etməliyik. Sahibsiz, kimsəsiz uşaqları yerləşdirmək üçün uşaq internat məktəbləri yetərli səviyyədədirmi, biz ora o uşağı göndərə bilərəkmi?! Uşaq bağçaya getməlidir və bağçada yer yoxdur. Minlərlə uşaq bu hüquqdan məhrumdur, bunu təmin etmək imkanını necə əldə edəcəyik?!”

Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat uşaqların əlavə məşğuliyyəti ilə bağlı bir sıra problemlərin olduğunu bildirib:

“İdman komplekslərinin ya qapısı bağlıdı, ya da uşağın yaşadığı regionda idman kompleksi yoxdur. Onu ora daşıyacaq valideynin imkanı da yoxdur. Yaradıcılıq qabiliyyəti olan uşaqlar yaradıcılıq evinə getməlidir. Yaradıcılıq mərkəzi həmin uşağın yaşadığı ərazidən uzaqda yerləşir.

Avtobuslar 5 yaşından uşaqlar üçün pulsuz deyil. Valideynin də imkanı olmadıqda bir istedad hardasa öləcək, parlaya bilməyəcək. Məktəbdə idman zallarının vəziyyəti standartlara uyğun olmayanda uşaqlar orada yetişə bilmir. Məktəblərdə üzgüçülük hovuzları yoxdur, pulsuz üzgüçülük hovuzları tapmaq çətindir. Mən bunları mexanizm tapmaq üçün sadalayıram. Ailənin içərisinə daxil olmaq olmur, onun problemlərini oxumaq olmur, amma Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır. Gecəqondularda yaşayan uşaqların vəziyyətini mütləq araşdırmalıyıq. Hər bir uşaq ölkə üçün tapıntıdır”.



Xəbərin oxunma sayı : 1381




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap