“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əmisi oğlundan borc istədi, evdə olmadığını bilib oğurluğa getdi

Tarix 02.09.25, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Abşeronda maraqlı oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, "Şəfa Broyler"də çalışan S.Rüstəmovun şirkətə 4000 manat borcu yaranıb. O, bunu ödəmək üçün əmisi oğluna zəng vuraraq borc istəyib. Lakin əmisi oğlu evdə olmadığını bildirib. S.Rüstəmov əmisi oğlu ilə danışdıqdan sonra onların evində heç kimin olmadığını bilib və həmin evdən oğurluq etmək qərarına gəlib. 

O, əmisigilin evinə gedərək pəncərədən yataq otağına daxil olaraq, 4000 manat və 3950 ABŞ dollar məbləğində pul oğurlayıb. S.Rüstəmov dərhal şirkətə olan borcunu ödəyib. Yerdə qalan məbləği isə öz məsrəflərinə xərcləyib. 

Əmisi oğlu evdən oğruluq edildiyindən xəbər tutduqda Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Hadisə yerinə gələn polislər yaxınlıqdakı kamera görüntülərini araşdırıblar. Zərəçəkmişlərə aydın olub ki, hadisəni yaxın qohumları törədib. 

Bundan sonra S.Rüstəmov saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəməni qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

S.Rüstəmov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Eyni zamanda məlum olub ki, o dəymiş ziyanı tam olaraq ödəyib. Qarşı tərəf bu səbəbdən ona yüngül cəza verilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə S.Rüstəmova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 



Xəbərin oxunma sayı : 814




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap