Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Növbəti pandemiyaya hazırlaşmalıyıq” - BMT-nin Baş katibi

Tarix 17.01.22, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunda çıxışı zamanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Biz hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının avtoritetini möhkəmləndirməklə növbəti pandemiyaya hazırlaşmalıyıq”, - A. Quterreş videomüraciətində bildirib.

O, həmçinin mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırıb.

A. Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd olunması ilə bağlı strategiyasını açıqlamışdı: “Biz bu məqsədlərdən uzağıq. Bu utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Peyvəndlərin paylanmasında ədalətə ehtiyacımız var”.

Baş katibin qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi ilə peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin və müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.



Xəbərin oxunma sayı : 454




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap