“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İnam Kərimov Gürcüstan nümayəndə heyəti ilə görüşdü - Fotolar

Tarix 17.06.25, 20:25

Font ölçüsü : - / +
bitmap-img6


Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

AzFakt.com xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan-Gürcüstan arasında münasibətlərə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verən sədr, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Həmçinin məhkəmə sahəsində əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da möhkəmləndiyi vurğulanıb, yeni əməkdaşlıq imkanlarının yarandığı bildirilib. Qeyd edilib ki, qloballaşan dünyada qarşıya çıxan yeni çağırışlar və tələblərə uyğun olaraq, məhkəmələrdə innovativ texnologiyaların tətbiqi, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması əsas prioritetlərdəndir.

Dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nino Kadagidze ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

İyunun 18-də Bakıda keçiriləcək “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyətini xüsusi vurğulayan qonaq, bu səfərin qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

inam-kerimov-gurcustan-numayende-heyeti-ile-gorusdu






Xəbərin oxunma sayı : 796




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap