Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Neftçi“nin baş məşqçisi tənqidlərə cavab verdi: “Hələ çoxuna başağrısı olacağam“

Tarix 03.11.21, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ"a böyükhesablı (0:4) məğlubiyyətdən sonra sosial şəbəkədə və mətbuatda kəskin tənqid olunan, hətta klubun Müşahidə Şurasının üzvü tərəfindən məsxərəyə qoyulan "Neftçi"nin baş məşqçisi Samir Abasovun ittihamlara münasibətini bilmək maraqlı olar.  

Fanat.Az yerli futbolçularla arasının dəydiyi iddia olunan təcrübəli mütəxəssislə əlaqə saxlayıb ona tribuna verdi. 

"Neftçi"nin 43 yaşlı çalışdırıcısı tənqidçilərinə belə cavab verdi:  

"Geniş müsahibə vermək istəmirəm və hesab edirəm ki, deyəcəklərim yetərli olacaq. Mətbuat konfransında dediklərimi eşitmisiniz, çünki özünüz orda iştirak etmisiniz. Mən elə adam da deyiləm ki, dünən bir, bu gün başqa fikir bildirim, dediyimi danım, təkzib edim. Reallıq odur ki, biz uduzmuşuq və bunun günahı baş məşqçi başda olmaqla, bütün komandadadır. Mən Suraxanıda da məhz belə demişdim. Amma o fikrim qaldı, yerli futbolçulardan bir neçəsinin adını çəkməyimi qabartdılar. Bəli, keçən il çempion olan komandadan Namik Ələskərov, Anton Krivotsyuk kimi əsas heyətdə daimi oynayan yerli oyunçular gedib, ehtiyatda qalan İsmayıl Zülfüqarlını, az şans qazanan Ömər Buludovu meydana buraxırıq. Bu, məcburiyyətdən, limitlə və digər obyektiv-subyektiv səbəblərdən ola bilər. Bunu deməklə məgər günahı kiminsə üstünə yıxıram? Yaxud "Neftçi"nin yerli oyunçuları ilə "Qarabağ"ın yerlilərini müqayisə etmişəmsə, nəyisə şişirtmişəm? Maraqlıdır ki, oyundan əvvəl müqayisəli təhlil aparan mütəxəssislər və media nümayəndələri "Qarabağ"ın azərbaycanlı oyunçularının sayının çoxluğunu və keyfiyyətcə üstün olduğunu qabardır, bunu Samir Abasov deyəndə günahkar çıxarılır. Mən o mütəxəssislərin fikirlərinə şərh verməyəcəyəm. Mütəxəssisin bir məşqçini tənqid etməsi normaldır". 

Samir Abasov sosial şəbəkədə onun ünvanına "o, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazan Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovla bağlı fikirlərini də bildirdi: 

"Klub idarəçilərindən birinin, Müşahidə Şurasının üzvünün haqqımda dediklərinə gəlincə, hesab edirəm ki, o da bir azarkeş kimi şərh yazaraq münasibətini bildirib. Etikdir, ya yox, nəsə demək istəmirəm. Ona cavab verəcək adam mən deyiləm. Məni bu vəzifəyə Müşahidə Şurası və klub prezidenti təyin edib. Sabah işimdən çıxara da bilərlər. Tənqid olunmağımı normal qəbul edirəm. Mən də uduzanda çox vaxt aqressiv oluram. Klub rəsmisi də bir azarkeşdir. Onun qeyri-rəsmi şəkildə, fanat tərzində nəsə deməsində qəbahət görmürəm. Komanda 20 dəqiqəyə 3 top buraxıb, klub rəhbəri əsəbləşməsin? Əsəbi daşdan deyil ki. İşlər yolunda getməyəndə, transfer və sair bu kimi məsələlər yolunda getməyəndə klub rəhbərliyini də hədəfə alırlar. Qoy bu dəfə də baş məşqçi belə sözləri qəbul etsin, eybi yoxdur... 

Azarkeşlərin mənə təzyiq etməsi normaldır, bəzən çərçivəni aşıb təhqir etsələr belə. Suraxanıda məşqçilər skamyasının arxasındakı azarkeşlərlə bağlı bir epizod danışım sizə: oyun başlayan kimi biri replika atmağa başladı ki "Ömər nədi e, İsmayıl oynamalıdı da". İş elə gətirdi ki, 20-ci dəqiqədə Buludov zədələndi, İsmayıl Zülfüqarlı ilə əvəzlədim. Həmin azarkeş bu dəfə nə desə yaxşıdı: "Olimpiakos"la oyunu məhv edən İsmayıldı da, onu meydana niyə buraxırsız? Fəhmin onların ikisindən də yaxşıdı". Oyunun gedişində Muradbəylini meydana buraxdım. Bu dəfə başladılar söyməyə: "Fəhmini bura buraxanın....".    

"Neftçi"nin baş məşqçisi "Qarabağ"a və digər rəqiblərinə meydan oxumağı da unutmadı: 

"Əsas odur ki, mən işimin başındayam, növbəti oyunuma köklənmişəm, bu yarışmada varam və sona qədər da mübarizəmi davam etdirəcəyəm. Tanıdığınız Samir Abasovam, hələ çoxuna başağrısı olacağam. "Qarabağ"la bu mövsüm hər iki oyunda uduzmuşam, birində 1:2, birində də 0:4. Sizi əmin edirəm ki, "Bakcell Arena"da 3-cü oyunumuza çıxanda bizə qarşı indikindən daha artıq motivasiya ilə mübarizə aparacaqlar. Hətta avrokubok oyunundan da çox motivasiya ilə. Çünki orda "Neftçi"nin, Samirin adı var. Onlara rahatlaşmağa imkan verməyəcəyik. Hələ heç nə itirilməyib. Liderdən cəmi 3 xal geri qalırıq. Bu nə təlaşdır ki?". 



Xəbərin oxunma sayı : 505




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap