Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

İntensiz yağışdan sonra Lökbatan yolu dağılıb, hərəkət çətinləşib - VİDEO

Tarix 17.04.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ``Meyvəli`` bazarının qarşısındakı dairənin ətrafında yağışdan sonra problemlər yaranıb. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, yolun asfalt örtüyü yağışdan sonra dağılıb.

Müxtəlif hissələrdə dərin çuxurlar və iri gölməçələr əmələ gəlib.

Sürücülər bildirirlər ki, bu vəziyyət xüsusilə yağışlı havalarda daha təhlükəli olur və nəqliyyat vasitələrinə ziyan vurur.

Ərazidə yaranan vəziyyət təkcə avtomobillərin texniki durumuna deyil, həm də nəqliyyatın axınına təsir göstərir. Sürücülərin sözlərinə görə, günün pik saatlarında burada uzun tıxac yaranır. Nəticədə Xocəsən qəsəbəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, mümkünsüz olur.

Yağışdan sonra hərəkətin intensiv olduğu yolda yaranmış problem niyə vaxtında aradan qaldırılmır? 

Sualımıza cavab axtarmaq üçün əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etdik.

``Xəzər Xəbər``ə bildirdilər ki, sözügedən ərazidəki yol onların balansında deyil. Yola cavabdeh qurum, Avtomobil Yolları Dövlət Agentliyindən isə ``Xəzər Xəbər``ə bildirdilər ki, ərazidəki problemdən məlumatları var və çox qısa vaxt ərzində həmin hissədəki problem aradan qaldırılacaq. 





Xəbərin oxunma sayı : 1471




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap