Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

İnternat məktəbində olay - Direktor yaralanan şagirdi xəstəxanaya aparmağa qoymadı

Tarix 13.04.26, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-da saat 16 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.

AzFakt.com Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib.

Qeyd edib ki, üçüncü sinif şagirdi Tural Ağayev (ad-soyad şərtidir - red.) dərs zamanı idman zalında yıxılıb. Nəticədə şagirdin ağız nahiyəsində yırtıq yaranıb, qolu isə sınıb.

İddialara görə, hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, ev şəraitində həkim çağırılması və yaraya tikişlərin qoyulması tapşırılıb.

Qəsəbədən çağırılan Muxtar adlı həkim tərəfindən şagirdin ağız nahiyəsindəki yaralara tikişlər atıldığı qeyd olunur.

Məsələ ilə bağlı E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Dilarə Novruzova faktı təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib.



Xəbərin oxunma sayı : 1510




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap