Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İntim videoları yayılan nazirlik əməkdaşları işdən qovuldu - Baş Prokurorluq araşdırmalara başladı

Tarix 17.08.22, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videoları ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb: "Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".

"Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün iş kabinetində intim görüntüləri yayılan Fövqəladə Hallar Nazirliyinin zabiti işdən çıxarılıb. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin, həmin görüntülərdə yer alan nazirliyin iki qadın əməkdaşı da vəzifəsindən azad olunub.



Xəbərin oxunma sayı : 610




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap