Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Omoniya“ bizə sürpriz edə bilər“ - Qurban Qurbanov

Tarix 29.09.21, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


"Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" həmin rəqiblərdən bir az fərqlidir".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya" ilə oyundan öncə mətbuat konfransında deyib.

O, sabah meydanda daha çox düşünmək lazım olacağını bildirib: "Burada yaxşı oyun göstərmək istəyirik. Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik".

Qurbanov Kipr klublarının meydanda böyük xarakter göstərdiklərini söyləyib: "Bu rəqiblərə qarşı çox diqqətli və istəkli olmalıyıq. Son vaxtlar APOEL-lə bəzi oyunlarda qələbə qazanmışıq, bəzilərində uduzmuşuq. Amma hər bir görüş azarkeşlər üçün maraqlı olub. Futbolçularım bu matçlarda sonadək mübarizə aparmağı hiss etdilər. Onlar üçün böyük faydası oldu".

Baş məşqçi "Omoniya"nın öz oyun dəsti-xətti ilə seçilən komanda olduğunu vurğulayıb: "Oyun ərzində bunu meydanda göstərməyə çalışırlar. Qarşımızda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilən bir kollektiv var. Komanda oyununa üstünlük verən rəqibə qarşı mübarizə aparacağıq. Bu, "Omoniya"nın ən üstün tərəflərindən biridir. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var".

Qurbanov qələbə qazanmaq üçün daha çox hücumda oynayacaqlarını söyləyib: "Amma rəqib oyun sistemini dəyişməklə bizə sürpriz edə bilər. Çünki Qazaxıstan "Kayrat"ına qarşı bunu etmişdilər. Rəqibi xeyli analiz etmişik. Əsas oyunçularımızın diqqətli olması və ruhdan düşməməsidir".



Xəbərin oxunma sayı : 874




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap