Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ona Xəlildən uzaq dur, deyirdim, bizi məhv etdi” – Tanınmış şəxsin oğlu qəzada necə ölüb? (FOTO)

Tarix 01.06.23, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun qəza zamanı oğlu Nurlan Mənsimlinin ölümündə günahkar olan sürücüyə hökm oxunub. 
 
AzFakt.com-un-un qaynarinfo-ya istinadən məlumatına görə, 20.11.2022-ci ildə 1994-cü il təvəllüdlü Nurlan Mənsimliyə məxsus BMW LZ dövlət nişanlı avtomobili içkili halda idarə edərək qəza törədən 1993-cü il təvəllüdlü Xəlil Əsədli 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. 
 
O, Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
 
Məhkəmədə ifadə verən Xəlil Əsədli bildirib ki, hadisə baş verən gün Nurlan Mənsimli ilə birlikdə "Parlament” prospektində yerləşən "Birbaşa” adlı pivə evində pivə içiblər. 
 
 
O, və Nurlan Mənsimli artıq sərxoş olduqlarından onun avtomobilini idarə etmək üçün Şamil adlı dostlarını çağırıblar. Şamil onun avtomobilini idarə edib, mərhum Nurlanla o isə avtomobildə sərnişin qismində əyləşib. Bir qədər gəzdikdən sonra Nurlan Şamilə avtomobili asta, yəni aşağı sürətlə sürdüyünü deyib: "Bu nə maşın sürməkdir? Sən sürə bilmirsən” və sükan arxasından düşüb arxa oturacağa keçməsini, maşını Xəlilin idarə etməsini dəfələrlə tələb edib. 

Bundan sonra Şamil avtomobili idarə etmək üçün Xəlilə verib. Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi BMW markalı avtomobili maneəyə çırpıb. Nəticədə avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.

Açıklama yok.

Mərhumun atası Mirzəxan Mənsimov cinayət işinin ibtidai istintaqı zamanı ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını desə də, məhkəmədə Xəlil Əsədlidən şikayətçi olduğunu açıqlayıb: 
 
"Xəlil içki içən olduğundan onun həyat tərzi xoşuma gəlməyib. Həmişə oğlumun ondan uzaq olmasını istəyirdim. Mərhum oğlum içki içən, siqaret çəkən olmayıb. Xəlil yalan danışır. O, ailəmizi məhv etdi. Hadisə vaxtı Xəlilin övladımın maşınını 80 km/saat sürətlə sürməsinə də inanmıram. İnsanların belə hadisələri törətmiş şəxslərin hansı cəzaya layiq olmalarından dərs almaları və təqsirləndirilən şəxsin sərxoş halda maşın idarə etməyin cəzasının nə olduğunu bilmələri üçün təqsirkar şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyirəm”.
 
Açıklama yok.
 
Məhkəmənin qərarı ilə Xəlil Əsədli ona təyin edilmiş 4 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkəcək.



Xəbərin oxunma sayı : 922




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap