Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Premyer Liqa: “Qarabağ“ “Qəbələ“ni darmadağın etdi

Tarix 08.05.23, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

Bağlanış oyununda "Qrabağ" "Qəbələ"ni qəbul edib. "Azersun Arena"da keçirilən görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıblar - 3:0.

Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub.

Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayan "köhlən atlar" növbəti oyunda "Səbail"ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan "Qəbələ" isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" Qəbələdə "Kəpəz"i, "Zirə" "Şamaxı"nı 3:0, "Turan Tovuz" evdə "Neftçi"ni 4:0, "Səbail" isə Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edib.



Xəbərin oxunma sayı : 418




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap