Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağdakı qələbə Türk dünyasının birliyini gücləndirdi” - Ərdoğan + VİDEO

Tarix 12.11.21, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda işğala son qoyulmasının bütün Türk dünyası üçün əhəmiyyətini qeyd edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türki Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə xitabən bildirib.

“Cənab Əliyev, sizin müdrik rəhbərliyinizlə Qarabağdakı işğala 44 günlük qısa zamanda son qoyuldu. Bu, bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.

Vətən müharibəsi nəticəsində illərdir Birləşmiş Millətlət Təşkilatının həyata keçirmədiyi qərarlar həyata keçirilib. Bununla da Azərbaycan beynəlxalq ictimaiyyətin yaddaşına “ədalət” mesajını həkk etdi. Qarabağın azadlığının simvolu olan xarıbülbül Türk dünyası üçün zəfərin müjdəçisi oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpası Türk dünyasının birliyini gücləndirdi. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqları azad etməyib, eyni zamanda bölgəmizdə arzuladığımız daimi sülhə yol açdı. Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdiyim üçün çox xoşbəxtəm”, - deyə Ərdoğan vurğulayıb.







Xəbərin oxunma sayı : 835




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap