Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İqtisadi artımda mühüm faktor: Sənaye zonalarında istehsal artır

Tarix 28.07.22, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının həcmi 52,95% artaraq 1,3 milyard manata çatıb.

Hazırda Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında 7 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam, “Araz Vadisi İqtisadi Zonası”, Balaxanı sənaye parkları), 5 sənaye məhəlləsi (Sabirabad, Masallı, Neftçala, Hacıqabul, Şərur sənaye məhəllələri) mövcuddur.

Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər.

Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək ümumilikdə, 7,17 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 %-i) ixrac olunub. İstehsal olunan məhsullar yüksək texnologiyalar əsasında hazırlanır və dünya standartlarına cavab verir. Belə ki, sənaye zonalarında inkişaf etmiş ölkələrin - Almaniya, Böyük Britaniya, Niderland, İsveçrə, Yaponiya, Kanada, Avstriya, İtaliya, habelə Türkiyə və Çin və s. ölkələrin texnologiyalarından istifadə olunur. 

2022-ci ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının həcmi 52,95% artaraq 1,3 milyard manata çatıb. Bu dövrdə ixrac isə 2021-ci ilin I yarısı ilə müqayisədə 101,6% artaraq 543,9 milyon manat təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları çox genişdir və dünyanın 50-dən çox ölkəsinə (əvvəlki dövrlərdə 45-dək ölkə) Azərbaycan brendi adı ilə (“Made In Azerbaijan”) ixrac edilir.

Belə ki, sənaye zonalarında istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Hollandiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, və s. ölkələrə ixrac olunub.
Beləliklə, sənaye zonaları ölkənin ixrac imkanlarını genişləndirir, idxaldan asılılığın aradan qaldırılmasında və xaricə valyuta axınının qarşısının alınmasında mühüm rol oynayır. 



Xəbərin oxunma sayı : 772




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap