Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İranın yeni mobil izləmə planı – “Vaşinqton Post”

Tarix 03.02.23, 13:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Vaşinqton Post” qəzeti İranın geniş mobil izləmə sistemi qurmaq planından yazıb. 

Novator.az-ın məlumatına görə, yazı Kanadanın Toronto Universiteti nəzdindəki “Citizen Lab” laboratoriyasının apardığı araşdırma əsasında hazırlanıb.

Araşdırma zamanı 2018-2021-ci illərə aid sənədlər toplusu təhlil olunub və İranın xüsusi mobil müşahidə sistemi üçün proqram təminatı əldə etmək üçün bəzi Qərb şirkətləri ilə müzakirələr apardığı da aydınlaşıb: “Mobil biznes sistemlərinə geniş inteqrasiya planlaşdıran İran bu istiqamətdə xeyli irəliləyə bilib. Onun mobil xidmət təchizatçılarına bu səviyyədə nüfuz etməsi Tehran rejiminə nəzarət və senzura işində böyük imkanlar qazandıra bilər və bunu dəyərləndirməmək mümkün deyil”.

İran arzuladığı xüsusi mobil müşahidə sistemini hər hansı formada (tam, yaxud qismən) tətbiq edə bilibmi? Araşdırma müəllifləri bu barədə dəqiq fikir söyləməyə çətinlik çəkir, ancaq belə bir müşahidə sistemi ilə bağlı müzakirələrin çox dərinə getdiyini vurğulayırlar.

“Vaşinqton Post”un yazdığına görə, “Citizen Lab”ın əldə etdiyi sənədlər İranın görünməmiş bir mobil izləmə sistemi qurmaq planı olduğunu birmənalı təsdiqləyib: “İran rejiminin daim müxalif fikirli insanları təqib etdiyini nəzərə alsaq, yeni və güclü nəzarət sisteminin bu ölkədə insan haqları sahəsində vəziyyəti daha da pisləşdirəcəyini ehtimal etmək olar”.

Sənədlərin təhlili göstərib ki, planlaşdırılmış izləmə sistemi İran hökumətinə yerli abunəçilər, o cümlədən İranda SİM kart almış əcnəbi vətəndaşlar barədə hərtərəfli informasiya toplamaq, abonentin kimlərlə, nə vaxtdan və harada ünsiyyət qurduğundan xəbərdar olmaq, onun internetdən hansı tarixlərdə istifadə etdiyini bilmək, telefon zənglərinin, ismarışlarının tarixçəsini çıxarmaq, o cümlədən ayrı-ayrı məkanlarda, ərazilərdə hansı mobil nömrələrdən istifadə etdiyini aydınlaşdırmaq imkanı verir.

Nəzərdə tutulmuş proqram abunəçilərin başqa şəxsi məlumatlarını, həmçinin doğum şəhadətnaməsinin, pasportunun seriya nömrələrini əldə etməyə də yol açır.

Planlaşdırlmış sistem hakim rejimin təmsilçilərinə istifadəçinin telefonunda dəyişiklik etmək, məsələn, onu daha zəif sürətli 2G şəbəkəsinə qoşulmağa məcbur etmək fürsəti də yaradır.

“Vaşinqton Post”un yazdığına görə, “Citizen Lab” laboratoriyası sənədlərin çoxunu İranın “Ariantel” mobil operatorunun məlumat bazasını sındırmaqla ələ keçirib.

Sənədlər İran tərəfinin məxsusi mobil izləmə sistemi qurmaq üçün bir neçə xarici şirkətlə danışıqlar apardığını göstərib. Bunlar Rusiyanın telekommunikasiya proqramları və cihazları hazırlayan “Protey” Elmi-Texniki Mərkəzi, Böyük Britaniyanın peyk rabitəsi sahəsində ixtisaslaşmış “Telinsol” konsaltinq şirkəti, Kanadanın mobil biznes və dəstək sistemləri ilə məşğul olan “PortaOne” şirkətidir.

“Citizen Lab” laboratoriyasının sorğusunu cavablandırarkən “Telinsol” şirkəti İran vətəndaşlarına qarşı rəqəmsal casusluğa yardımda iştirak etməsi iddialarını qəti rədd edib. Şirkət laboratoriyanı bu iddialara qarşı hüquqi tədbirlər görəcəyi ilə də hədələyib.

“PortaOne” əvvəlcə “Citizen Lab”a açıqlamasında İranda istifadə üçün heç bir məhsul və ya xidmət təqdim etmədiyini, o cümlədən heç vaxt İranla, “Ariantel”lə və “Telinsol”la iş görmədiyini bildirib. Növbəti açıqlamasında isə “PortaOne” qeyd edib ki, o, “Ariantel”lə əlaqəli bir Portuqaliya şirkəti ilə iş görüb, lakin sonradan müqaviləyə xitam verib və ödənişi geri qaytarıb.

“Vaşinqton Post”un sorğusuna cavab olaraq “Ariantel”dən bildiriblər ki, iddia edilən izləmə prosesi texniki cəhətdən mümkün deyil, iddialar tamamilə əsassızdır.

“Telinsol” və “PortaOne” şirkətləri “Vaşinqton Post” qəzetinin sorğusunu cavabsız qoyub.

“Citizen Lab”dan “Vaşinqton Post”a deyiblər ki, şirkətlər xidmətlərinin zərərsiz olduğunu, izləmə-dinləmə üçün nəzərdə tutulmadığını iddia edirlər: “Amma bu, onları öz fəaliyyətlərinin insan hüquqlarını pozub-pozmadığını, məhsullarının və xidmətlərinin sui-istifadəyə yol açıb-açmadığını dəqiqləşdirmək üçün lazımi araşdırma aparmaq məsuliyyətindən azad etmir”.



Xəbərin oxunma sayı : 712




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap