Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması vacib şərtdir

Tarix 29.05.23, 9:51

Font ölçüsü : - / +
bitmap-img6


25 may 2023-cü ildə Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qonaq qismində iştirak etmişdir. Cənab Prezident İlham Əliyev tədbirdə üzv ölkələri qarşısında çıxışı zamanı Azərbaycanın 30 il ərzində Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı uğurla inkişaf etdirdiyini diqqətə çatdırdı. Ölkəmizin Başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasının vacib şərt olduğunu bildirdi.
      
Cənab Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşdiyini, nəqliyyat-logistika infrastrukturunun bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verdiyini, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi kimi Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin Başçısı Azərbaycanda 8 beynəlxalq aeroportun fəaliyyət göstdiyini, onlardan ikisinin işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda tikildiyini, doqquzuncu beynəlxalq aeroportun azad olunmuş Laçında 2025-ci ildə istismara veriləcəyini bildirdi.
      
Azərbaycanın müstəqil uğurlu siyasətini, iqtisadi inkişafını görmək istəməyən, hər zaman dövlətimizə qarşı bədxahlığını, xəbisliyini gizlətməyən ermənilər öz xislətini bu tədbirdə də gizlətmədi. Ermənistanın baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən replika şəklində fikrini bildirmək üçün söz istəyərək guya cənab Prezident İlham Əliyevin çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdiyini, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatda yalnız bir dəhliz, yəni Rusiya sülhməramlılarının nəzarəti altında olmalı olan Laçın dəhlizinin qeyd edildiyini, ancaq Azərbaycan tərəfinin burada qanunsuz blokada şəraitini yaratdığını və ümumiyyətlə, Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu, burada 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat, iqtisadi kommunikasiyaları nəzərdə tutduğunu bildirdi.
      
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistana qarşı ərazi iddiaları ilə bağlı bu cəfəng ittihamı təkzib edərək diqqətə çatdırdı ki, bizim belə iddialarımızın olmadığını, bir qədər əvvəlki çıxışını ərazi iddiaları kimi yozmaq üçün "güclü fantaziyaya malik olmaq" zərurətini bildirdi. Çıxışda işlədilən "dəhliz" sözünün "Şimal-Cənub" dəhlizi, "Şərq-Qərb" dəhlizi zamanı da istifadə olunduğunu qeyd etdi.  "Dəhliz" sözünün ərazi iddiası deyil, beynəlxalq termin olduğunu xatırlatdı.  
      
Dövlətimizin Başçısı Azərbaycanın heç bir dəhlizi bloklamadığını, Laçın-Xankəndi yolunun açıq olduğunu, Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun nəzarət-buraxılış məntəqəsi qoyulduğunu, bu nəzarət-buraxılış məntəqəsinin Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşdiyini, həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşlarının Ermənistan tərəfinə sərbəst keçdiyini, Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər və Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə olmadığını bildirdi.   Azərbaycan hər zaman beynəlxalq səviyyədə sülhün tərəfdarı olduğunu bəyan etsə də, erməni yalanları hələ də mövcuddur.
      
Leyla Qəhrəmanova



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap