Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Rekordu bu qədər uzun müddət saxlaya bildiyi üçün Əlini təbrik edirəm” - Ronaldu

Tarix 02.09.21, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol üzrə milli komandalar tarixində ən çox qol vuran oyunçu kimi tarixə düşüb.

O, İrlandiya ilə qarşılaşmada (2:1) karyerası ərzində 109 qol vuran iranlı hücumçu Əli Daeiyənin rekordunu geridə qoyub.

Yığmanın heyətində 111 qol vuran Ronaldu “Instagram” səhifəsində öz nəticəsini belə şərh edib: “Danışmağa söz tapa bilmirəm! Sevinc içindəyəm. Bu heyrətamiz bir hissdir. İrəli, Portuqaliya!”.

Hücumçu, karyerasında bir çox yüksək uğurlara imza atdığını, lakin bu göstəricinin onun üçün xüsusi olduğunu vurğulayıb: “Birincisi ona görə ki, öz ölkəsini təmsil etmək xüsusi bir hissdir və sən bütün dünyaya portuqaliyalıların nəyə qadir olduğunu göstərirsən. İkincisi, milli komanda yarışları mənə həmişə çox güclü təsir edib. Kumirlərimin hər yay Avropa və Dünya Çempionatında təmsil etdikləri ölkə üçün oynadıqlarını seyr edərək böyümüşəm.

Portuqaliyalı ulduz qazandığı müvəffəqiyyəti indiki qədər yüksək qiymətləndirməyinin başqa bir səbəbini də Əli Daeiyənin imza atdığı yüksək standartla bağlı olduğunu bildirib: “Ali Daei standartı o qədər yüksək səviyyəyə qoymuşdu ki, hətta bəzən bu nəticəni heç vaxt ötə bilməyəcəmi düşünürdüm. Rekordu bu qədər uzun müddət saxlaya bildiyi üçün Əlini təbrik edirəm.

Təşəkkürlər Portuqaliya. Bu səyahəti unudulmaz hala gətirdikləri üçün bütün komanda yoldaşlarıma və rəqiblərə təşəkkür edirəm. Gəlin önümüzdəki illərdə də meydanda oyunlarımızı davam etdirək! Mən hələ qol hesabımı bağlamıram”.



Xəbərin oxunma sayı : 847




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap