Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türk Dövlətləri Təşkilatına normal yanaşırıq” - Lavrov

Tarix 01.12.21, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


“Soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yanlış görmürəm. Bizim də bu cür arealımız var. Biz də soydaşlarımızla, həmvətənlərimizlə əlaqələri dəstəkləyirik. Biz də dünya xəritəsini boyayıb ona fərqli ton verə bilərik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarını cavablandırarkən bildirib.

Rusiya XİN başçısı yeni yaradılan Türk Dövlətləri Təşkilatından da danışıb:

“Əvvəl bu təşkilat Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı, indi Türk Dövlətləri Təşkilatı adlanır. Biz buna normal yanaşırıq. Hesab edirik ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə görmürəm. Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Onu da deyim ki, prezidentlər telefonla danışacaq, mən isə türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə sabah Stokholmda ATƏT sammiti çərçivəsində görüşəcəyəm. Biz bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Mən burada yanlış bir şey görmürəm”.



Xəbərin oxunma sayı : 940




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap