“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun

Tarix 12.05.25, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı buraxması qərarına münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında paylaşım edib.

F.Altun qeyd edib ki, separatçı terror təşkilatının silahı buraxmaq və özünü ləğv etmək qərarının açıqlanması Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə aparılan "terrorsuz Türkiyə" prosesinin mühüm bir mərhələni gücləndirərək qət etdiyinin aydın göstəricisi olub.


"Türkiyə 40 ili aşan prosesin sonunda gəlinən bu mərhələyə qədər müxtəlif bədəllər ödəmiş, çətinliklər çəkmiş və ən əsası övladlarını vətən uğrunda şəhid vermişdir. Bu günə görə əməklərin müqayisə edilməyəcək dərəcədə ən böyüyünün sahibi olan əziz şəhidlərimizin hər birini rəhmət və minnətlə anırıq.

Şübhəsiz, "terrorsuz Türkiyə" prosesi dünəndən bu günə inkişaf edən qısamüddətli və dayaz bir proses olmadığı kimi, bu gündən sabaha çox sürətli şəkildə sonlanacaq bir proses də deyildir. Türkiyənin və əziz millətimizin terrordan, zorakılıqdan, xaosdan uzaq olduğu; hüzurun, sülhün və sabitliyin hakim qılındığı bir mühitin təsisi üçün Türkiyə Cümhuriyyəti Dövləti bütün biliyi, potensialı və təcrübəsi ilə çalışmağa davam edəcək", - o vurğulayıb.

F.Altun qeyd edib ki, prosesin sağlam və axıcı bir şəkildə irəliləməsi üçün lazımi tədbirlər alınacaq, bütün addımlar həssas və şəffaf bir şəkildə, qətiyyət və diqqətlə atılacaq.



Xəbərin oxunma sayı : 934




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap